İLİN SON YAZISI... (2)

Bu da son yazı... Son fikirlərim 2011 üçün.. Düşünməkdən və yazmaqdan əl çəkimrəm yoo :) Sadəcə bir günün 1 ilə çevrildiyi ana qədərki sondur bu.. O qədər hadisələrin şahidi olmuşam, o qədər dəyişən sifətlər, o qədər "fahişə" ürəklər, yaltaqlar, yaxşılar-pislər nə bilim nələr nələr gördüm ki mən bu ili... 2011 mənu böyütdü.. Həsrətlə yoğurdu xəmirimi, səhv atdımlardan yan qoymadı məni saldı . . . əşşi nə fərqi var..

Köhnə ilin son 24 saatına girdik beləcə...

Mən bu il yaşadıqlarımı bircə bircə yazmaq istəmirəm.. Nə pis nə yaxşı.. Keçən il bu il üçün arzuladıqlarıımın yerinə yetəni də yetməyəni də n saydadı.. Çox şey yaşadığımı bilirəm təkcə.. Təkcə yaşamaqla qalmadım.. Dolu dolu yaşadım.. İnsanları tanıdım və ... və hər şey üçün Allaha şükür edirəm ki, bu ili də valideynlərimlə birlikdə yola salmağı mənə nəsib etdi..

Məndə bir xasiyyət var ki fikirlərim yığılanda, yəni hisslərim çox olanda cümlələri qura bilmirəm.. İndi də vəziyyət eyniylədi =) Ona görə də çox yaza bilmirəm..

Bu ilin sonunu həsrətlə yola salıram və astanasında olan ilin başlanğıcını həsrətlə qarşılayıram.. Mənimçün nə dəyişir? Heç nə.. Təkcə məktubların sonunda 11-i 12 ilə əvəz edəcəyəm.. Və yenə gözləməyə davam edəcəyəm.. Səbr edəcəyəm.. Daha çox çalışacağam.. Məqsədimə çatmaq üçün cəhd edəcəyəm.. Daha daha çox ibadət edəcəyəm.. Daha çox sevəcəyəm.. Daha çox qəzəbli olacağam.. Daha çox nifət edəcəyəm.. Daha çox başa düşəcəyəm.. Daha çox dərk edəcəyəm.. Daha çox inanancağam.. və MƏN bir daha böyüyəcəyəm.. =)

Xeyirli "dahalar"dan danışmaq üzərə YENİ İLİMİZİ təbrik edirəm.. Neçə gözəl yeni illərə.. və ilin son yazılarına...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)