POÇT AZ 1001
Elə deyilmiş amma.. Əslində indi zəmanə də o zəmanə deyil ki, kimsə kiməsə tez-tez məktub göndərsin. İnternet, proqlramlar, telefon... Bəlkə də ona görə, gənc bir qızın həftədə bir dəfə üzərində ancaq çatacağı yerin ünvanın yazısı olan ağ zərfli məktubu diqqəti çəkib... İllərin təcrübəsini toplamış poçtdakı xala əlində tutmaqla məktubda bu dəfə daha çox yazı olduğunu bilmişdi.. :) Bəli, çox idi axı o daha çox yazmağı istəmişdi.. Axı danışmağa nə interneti var, nə də telefon.. Heç geriyə ünvan da yoxdu ki, cavab gəlsin... Ancaq bir tərəfli gedən məktublar.. Sevgi dolu.. Həsrət dolu.. Bu gün ya sabah yenə də bir sadə ağ zərfə qoyulmuş bir tərəfli ünavnı olan məktub göndərəcək o qız... Axı yeni ilini təbrik edəcək... Axı onlar bu ili bir yerdə qarşılamayacaq... Axı... Nə axı? ..bəsdi!
...gəlişinlə poçtdakı xalaya şirinlik çatacaq söz verib :)
Comments
Post a Comment