OXUDUĞUM KİTABLAR...



2011-ci ildə oxuduğum kitabların siyahısını və hər kitab barəsində bir iki fikirlərimi  qeyd etmək qərarına gəldim.  Başladıq:

1. Nüşabə Məmmədli - "Vicdan dustağı" (Bəsit, mənasız, məişət..)
2. Frans Kafka - "Çevrilmə" (Kafka stili..)
3. Nəzakət Əfşani - "Ağlama mələyim" (Bəsit, mənasız, məişət No.2.. )
4. Əli Əkbər - "Artuş və Zaur" (Nifrət edərək oxuduğum ilk əsər..)
5. Elxan Elatlı - "Qisas gecəsi. M.İbrahimov" (Şərhsiz..)
6. Günel Anarqızı - "Altıncı" (Çoxu bəyənməsə də mən bəyəndim. Təsirli..)
7.Əli Əkbər - "Amneziya" (Bu əsəri Brusseldə oxuyurdum :))
8. Paulo Koelyo - "on bir dəqiqə" (Kitab bayramında almışdım, açıq fikirlərlə dolu olub sətiraltı yazılan əxlaq normalarını nisbətən aşan əsər. Əli Əkbərin əsərləri ilə müqayisədə tərbiyəli :))
9. Xalid Hüseyn - "Çərpələnuçuran" (Favorit əsərim. Kim kitab məsləhəti istiyirsə birinci bunu məsləhət görürəm. Aktual, maraqlı və s. və s.)
10. Şahin Xəlil - "Adsız yol" (Tam dəstək.. İlk iş və əsər çox maraqlıdı :))
11. Viktor Hüqo - "Səfillər" II kitab (Mən bu əsəri hələ də bitirməmişəm.. Artıq 4 ildir :( )
12. Patrik Zuskind - "Ətriyyatçı" (Bu kitabı bitirəndən sonra hər yerdə burnuma iylər gəlirdi, ya da belə diyim hər şeyi iynəyirdim. Yaxşı ki tərgitdim.)
13. Anar - "Gürcü familyası" (Sonradan bildim ki, sən demə "Gün keçdi" k/f-i bu əsər əsasında çəkilib)
14. Paulo Koelyo - "Maktub" (Maraqlı hekayələri var idi əsərin içində)
15. Paulo Koelyo - "Rio-Piedra çayının sahilində oturdum və ağladım" (Qəribə təsir eləmişdi bu əsər mənə.. Yaxşı ki axırı elə yaxşı qutardı...)
16. Albert Kamyu - "Yad" (Oxuduqca fikirlərimi aləmə yadlaşdıran əsər.. X insanı bəyənmişdim.)
17. Qabriel Qarsia Markes - "Gözlənilən qətlin tarixçəsi" (..və bu əsərlər Qarsianı kəşf etdim)
18. Qabriel Qarsia Markes - "Yüz ilin tənhalığı" (Bu əsəri oxuyanda "başım şişmişdi" :) mütləq şəcərəyə baxmaq lazımdı əsərin sonunda)
19. Qabriel Qarsia Markes - "Sənin qar üzərindəki izinlə" (Kitabda Qarsianın kiçik hekayələri cəmlənib. Maraqlı.)
20. Bernhard Şlink - "Qiraətçi" (Çox sevdiyim əsərlərdən biridir. Kinosundan fraqmentlərə baxdım o da təsir etdi və heç əsərin orjinallığına toxunmadı. Alman ədəbiyyatını beləcə kəşf etdim.)
21. Herta Müller - "Nəfəs yelləncəyi" (Ürəksıxıcı..)
22. Cek London - "Martin İden" (İllərlə gözümün qarşısında olan bu kitaba heç vaxt diqqət yetirməmişdim.. Təəssüflənirəm. Sevdiyim əsərlər sırasındadır.)
23. Albert Kamyu - "Taun" (Kamyunun növbəti əfsanəsi.. İnsan özünü taunlu xəstə kimi hiss edir əsəri oxuduqca)
24. Jan Eşnoz - "Royal arxasında" (Bəyənmədim..)
25. Frederik Beqneder - "Məhəbbət üç il yaşayır" (Əsər ümumi götürəndə pis deyil. Bir fikir oxudum keçən dəfə səhifədə "Nece deyerler onlarin Varisi Beqbederdi.." düzdü :))
26. John Verdon - "Aklında bir sayı tut" (Yazıçının ilk işi.. Sifarişlə almışam kitabı, bəyəndim, maraqla oxudum. Gözlənilməz hadisələr çox idi.)
27. Эльчин Сафарли - "..нет воспоминаний без тебя" (Sevginin varlığına inandıran yazıçı və onun fikirləri..)
28.Corc Oruel - "Heyvanıstan" (Bu əsərin aktuallığını şərh edə bilmirəm.. Şərhsiz!) 
29. Elxan Elatlı - "Ələkeçməz yaquar" (Mən artıq bu tip kitablar oxuya bilmirəm..)
30. Elif Şafak - "İskəndər" (Gözlənilməz sonluq.. Maraqlı fikirlər.. Sevdim.)
31. Erix Mariya Remark - "Zəfər tağı" (Remarkla tanışlığım bu əsərlə başladı.. və mən ona vuruldum! Mənim yazıçım deyə biləcəyim yazıçı)
32. Çak Palanik - "Döyüşçü klubu" (Düzü bu əsərçün çox maraqlıdı deyənlər gördüm. Amma mənim düşüncə tərzimə çox da yaxın deyil, amma bəyəndim. Elə bu güm bitirdim əsəri :))
33.  Qabriel Qarsia Markes - "Palkovnikə məktub yoxdur" (Bu gün başladım və 2012-də bitirəcəyəm :)) 

Bu da mənim oxuduğum 1 illik kitab siyahısı :)

Gələn il daha çox oxumaq ümidi ilə...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)