Posts

Showing posts with the label Oxudum...

JOJO MOYESİ MƏNƏ NƏ SEVDİRDİ..

Image
Türk dilində kitabların sifarıişi Bakıda asanlaşdıqdan sonra, bir çox onlayn book shoppinglər ucuz qiymətə kitabları biz oxuculara rahat şəkildə gətirdikdən sonra (mən həmişə bakumozdan sifariş edirəm) müasir dünya ədəbiyyatının yazarlarını bir bir tanımağa,sevməyə, seçməyə başladıq. Mənsə aralarından Jojo Moyesi seçdim. Britaniyalı yazıçı əsərlərini müasir üslübda amma klassik əsərlərin dilində yazır. Onu nəyə görə seçdim sualına cavabım isə odur ki, əsərləri oxuyandan sonra orda marağımı cəlb edən məsələləri həmişə google-da axtarışa verirəm. Jojonun ilk oxuduğum əsəri " Senden önce ben " olmuşdu və orada da özümçün yeni, maraqlı məlumatlar əldə etmişdim. Bu dəfə isə yazıçının "Pariste bal ayı" proloq əvəzi nazik kitabını və ardınca əsərin davamı olan ikinci kitab "Ardında bıraktığın kadın"ı oxudum. Səhifələrini həyəcanla çevirirdim, çünki uzun zaman idi belə içdən bir əsər oxumamışdım. Əsərin qısa məzmunu odur ki, Birinci dünya müharibə

ELİF ŞAFAK - "USTAM VE BEN"

Image
Bir balın qəddarlığına tuş gəldikdən sonra özümü kitablarımla sakitləşdirməyə və fikrimi toplamağa çalışdım. Əslində kitabları yarım qoymağı sevmirəm amma baxıram ki artıq bəlkə də beşdən çox yarım qoyduğum kitab var. Əlimdə son yarım qalan kitabdan başladım davam etməyə.. "Ustam ve ben"ə ön söz: Elif Şafakın məndə 4 kitabı var - ikisi hədiyyə, ikisi özüm aldığım. Dörd kitabdan üçünü oxumuşam. Oxumuşam dedim, birini elə bu gün qurtardım. İstanbula səfərim zamanı rəfdən seçdiyim "Ustam ve ben" kitabı olmuşdu və ötən yazımda da qeyd eləmişdim ki, əsərlə olduğum məkan ancaq bu qədər üst-üstə düşə bilərdi. Qatı Elif Şafak pərəstişkarı olmasam da yazdığı əsərləri bəyənirəm. Özünə məxsus tərzi, hadisələrə incə keçidi var sanki yazıçının. Bu da oxucunu maraqda saxlayır.  Əsəri isə belə şərh etdim.. "Ustam ve ben" Osmanlının ən qüdrətli hökmdarlarından olan Sultan Süleymanın dövründən başlayır və varisləri olan Sultan Səlim, Sultan Murada qədər

TƏNHALIQDAN ƏZİYYƏT ÇƏKƏN PALKOVNİK...

Image
Qabriel Qarsia Markes və ya Gabriel Garsia Marquez, dünyaca məhşur Kolumbiyalı yazıçı.. Səhər gözümü açan kimi baxdığım bütün sosial şəbəkələr 87 yaşlı yazıçının vəfatından yazırdı. Hamı təəssüflənir, hamı ən sevdiyi yazarın bu dünyadan köçdüyü üçün kədərləndiyini bildirirdi. Mənsə istəri-istəməz bir şey düşündüm - "Kaş çox insan elə Markes kimi uzun ömür sürüb, onun qədər məhşur olub, onun qədər sevilib, iz qoyub gedərdi həyatdan.." Həyatındakı çətinlikləri, xoş günlərini, pis günlərini, 87 il ömür sürdüyü ömrün hər xırdalıqlarını bir kənara qoysaq həyatının qısa xarakteristikası - uzunömürlü, məhşur, sevilən yazar - kimi nəticələnir. Necə də hamının bacamadığı bir işdir... Xərçəng xəstəliyindən əziyyət çəkən yazıçı əslində rahatlıq tapdı, bunu çox oxucu başa düşmür və kədərlənir. Kədərlənməyə dəyməz.. Bir ara isə mən özüm Markes xəstəliyinə tutulmuşdum :) Bəzi insanların oxumağa çətinlik çəkdiyi üslübü mənə çox maraqlı idi. Əsərlərində həm reallıq, həm mistika var i

NƏ MƏSƏLƏDİ?

Image
  Anna Axmatovanın şeirlər kitabını ara bir özümçün vərəqləyirəm. Ümumiyyətlə, yorulanda, sakitləşmək istəyəndə, romantikləşəndə, beynimi fikirlərdən azad etmək istəyəndə şeir oxumağı sevirəm. Axmatovanın da kitabından bir iki səhifə vərəqlədikdən sonra qarşıma çıxan bu şeir heç də məni sakitləşdirmədi... İnsan bir düşündüyünü yaşıyar, bir də fikirləşdiyi həmişə kitablarda qarşısına çıxar. Yaxşı indi bu nə məsələ idi!?

NAZİK KİTABLAR SİLSİLƏSİ :)

Image
Deməli, mənim üçün  kitablar təkcə görünüşünə və formasına görə yox, həmçinin oxunma sırasına görə də qalın və nazik kitablara bölünür. Qalın kitabları işim az olanda, kitabı uzun müddət oxumaq istəyəndə əlimə alıram, nazik kitabları isə işim çox olanda, kitabları "su kimi" oxuyub tez qurtarmaq istəyəndə. Və son oxuduğum bir neçə kitab da məhz nazik kitablar silsiləsi oldu :) Buna Alber Kamyunun bu il kitab sərgisindən aldığım "Çöküş" əsəri ilə başladım. Alber Kamyudan ilk dəfə "Yad" əsərini 2011-ci ildə oxumuşam, sonra isə "Taun". Remarkdan sonra sevdiyim ikinci yazıçıdır deyə bilərəm. "Çöküş" əsəri də olduqca maraqlı, fəlsəfi, daxili aləmin səsinin əks-sədası kimi üzərimdə güclü  təsir buraxdı. Kamyunun əsərlərini çox karandaşlıyıram həmişə :) Kitabxanamda yazıçının oxumadığım daha bir əsəri, "Xoşbəxt ölüm" var. Daha sonra Fransuaza Saqanın "Salam kədər" kitabını nazikliyinə görə əlimə aldım.

FRESNSİS SKOTT FİTSCERALD - MÖHTƏŞƏM QETSBİ -

Image
Kitabları kinolardan üsdün tutduğumu həmişə qeyd etmişəm. Elə də kino həvəskarı deyiləm, amma axır 2-3 ildə kitabı bitirdikdən sonra əgər ssenarisinə çəkilimiş kinosu varsa baxıb müqayisə etməyi sevirəm. Təbii ki, hər dəfə kitab daha böyük təəsürat yaradır məndə. Çünki kinoları çəkərkən istər-istəməz çox məqamlara toxunmur rejissor, ssenarini hardasa dəyişir, ya qəhrəmanların hər hansı bir hadisə zamanı nə hiss etdiklərini, daxilində nə düşündüklərini bilmək olmur, amma kitabda bunu oxuyaraq bilirsən, hiss edirsən, təsəvvüründə canlandırırsan. Ya da ən yaxşı halda aktyorun güclü istedadı nəticəsində ordakı hisslər izləyiciyə aşılana bilər.  Baxdığım kinoların əksəriyyətində bunu hiss etməmişdim ta ki dünən Leonardo Di Kaprionun baş rolda çəkildi "Möhtəşəm Qetsbi" əsərinin kinosuna baxmayana qədər.. Kitabı isə hardasa bir həftə əvvəl oxuyub bitirmişdim. Kinodakı effektlər, obrazlar, rejissor işi, dekorasiya, geyim filan bunlara toxunmayacağam, çünki kinoman deyiləm. Amm

MARKUS ZUSAK - "KİTAB OĞRUSU" (kino)

Image
Bu günün yağışlı olmasına baxmayaraq "Kitab oğrusu"nu izləməyə getdim. Bir az gecikdiyimə görə əvvəlinin necə başladığını görmədim düzü, yerimi elə təzə rahatlamışdım ki, Liesel-in qardaşının öldüyü səhnə gəldi. Sonra isə bildiyim səhnələr kadr-kadr bir birini əvəzlədi. Həmişə olduğu kimi yenə də və bir daha kinodansa kitablara vuruldum. Elə insan var ki, əgər bir əsərin kinosu varsa əsəri oxumaq əvəzinə birdəfəlik kinoya baxmağı seçir (bacım), amma mən əsəri oxuyub sonra kinoya baxmağı daha çox sevirəm. Çünki orada hansı səhnələrin kəsildiyini və əsərin orjinalına hansı dəyişikliklərin olunduğunu, nə ilə əvəz edildiyini analiz edirəm. Dünən axşam facebookda " Kinomansan? " səhifəsində kino barəsində bir balaca şəhr oxudum və bu gün məndə hardasa həmin şərhlə həmfikirəm. Baş rolun ifaçısı zəif oynamışdı məncə də. Əsərdən aldığım təsiri kinodan ala bilmədim düzü. Amma qətiyyən baxmağa dəyməz də deyə bilmərəm. Kinoda mənə ən çox təsir eliyən yeri bombaların atıl

MARKUS ZUSAK - "KİTAB OĞRUSU" (kitab)

Image
Kitab oxumaq gözəldir.. Hələ oxuyub bitirdikdən sonra insanda yaranan boşuluq və təəssüratın üzərində yaratdığı doluluğu demirəm.. Maraqlı əsəri bitdikdən sonra fikirlər elə bil bir qat havada olur, baş bir qat yuxarıda hiss edir özünü düşünə-düşünə - şəxsən məndə elə olur :) "Kitab oğrusu"na ön söz: Bəlkə də filminin Bakı kinoteatrına gəlmə xəbərini eşitməsəydim, ertələyəcəkdim oxumağı. Amma məndə bir adət var ki adətən kitabı oxuduqdan sonra kinosuna baxıram (o da əgər baxsam). Özlüyümdə düşündüm ki, kinoteatrda kinoya baxmağı sevirəm və ən yaxşısı kitabımı oxuyum və sonra kinoya gedim. Kitabı bu gün bitirdiyim üçün hələ kinosuna getməmişəm deməkdir. Amma gedən kimi, bu yazımın ardı mütləq olacaq :) İndi keçək kitabın şərhinə.. Bəzən olur məndə yazıçılara paxıllıq tutur. Bu kitabı oxuduqca elə bir hiss yenə içimdə gəzişdi. Birinci və axırıncı dəfə bunu Remarkda hiss etmişdim :) Əsər Almaniyada İkinci dünya müharibəsi illərindən bəs edir. Alman ailəsi, övlad

SON ÜÇ KİTAB

Image
Artıq əvvəlki kimi kitabı "su kimi içməyə" elə də vaxt tapmasam da əlimdən, çantamdan və balışımın altından kitabı əskik eləmirəm. Niall Griffitsin sonu maraqlı olsa da cansıxıcı olan əsərindən sonra elə bilirdim ki, kitab oxumağın daşını birdəfəlik atmışam :) Amma şükür ki elə bir şey yaşamadım. Bunun üçün əvvəlcə s*ktir et deyip terapi keçdim John C. Parkinin eyni adlı əsəri vasitəsi ilə. Kitabın psixoloji bir kitab olduğunu bildikdən sonra əldə etdim və hardasa nələrisə həqiqətən boş buraxmağı və nələrinsə ardınca getməyin lazım olduğunu başa düşdüm. Bəzi cümlələri dərk etmək, özümə aşılmaq üçün 2-3 dəfə oxuduğum da oldu. Əslində 100%-lik təsir edici kitab deməzdim amma, hansısa məqamlarda düşündürməyi bacardı.. Və mən düşünürəm ki, əgər kitabın ən azı bir cümləsi insanı düşündürürsə deməli o kitab vaxt itkisi deyil.. Terapini oxuyyb terapiya aldıqdan sonra sevimli kitablarıma geri dönə biləcəyimi düşündüm və ard arda 3 dənə əla kitab oxudum.. ..bir-birindən fərql

NIALL GRIFFITS - "KÖTÜK"

Image
2013-cü ildə ilk aldığım kitab adına ilk dəfə rast gəldiyim Niall Griffitsin "Kötük" əsəri oldu. Qeyri adi üz qabığı və əsərin adı mənə maraqlı gəldiyi üçün almadan keçmədim. Həmdə axır vaxtlar idi dilimiz yeni tərcümə olunmuş kitab axtarırdım. Xeyli vaxt olar ki, bookshoplara əvvəlki kimi sıx-sıx getmirəm. Və bilirəm ki, bir neçə təzə tərcümə olunmuş kitablar artıq rəflərdə məni gözdüyür :) sözün qısası keçək əsərə.. Əsər İngiltərədə cərəyan edən hadisələrdən bəhs eliyir. Narkomaniya, tüfeyil həyat və bir qolunu qanqrenadan itirən o "birqollu".. Onun həyatı, həyata baxışı, əlillərin cəmiyyətdə yeri, narkomanların, alkaqolların cəmiyyətdə yeri və s. kimi mövzulara çox ustalıqla toxunulub. Eyni zamanda bəxtmi deyim, talemi deyim, lazımsız hədiyyənin lazımı zamanda təqdim olunmasımı deyim.. Əvvəli ürəysıxıcı olsada son 30-40 səhifəni maraqla oxudum. Əsərdə isə olduqca çox jarqon sözlərdən istifadə edilib. Söyüşlər, açıq ifadələr kitabın hər səhifəsində rast gəl

SOMERSET MOEM - "AY VƏ QARA QƏPİK"

Image
Kitabı necə aldığımı keçən yazılarımın birində yazmışdım.. Həqiqətən də kitabın üz qabığındakı Pol Qogenin öz rəsmi insanı istər istəməz cəlb edir.. Necə ki, bütün əsər boyunca Moem bu kobud, acıdil, yalnız özünü düşünən bir insanın ətrafdakılar tərəfindən diqqəti cəlb etdiyini uzun uzun bəhs edir, yəqin mənim də diqqətimi kitabın üz qabığı çəkmişdi.. Yadımdadı, üniversitetdə oxuyarkən Mədəniyyət tarixi fənnini bizə sənətşünas Kübra Əliyeva keçirdi.. Onun dərslərini elə çox sevirdim, mühazirələrini elə sevə-sevə dinləyirdim ki.. Hətta o fənn üçün ayırdığım dəftər ən səliqəli və indiyə qədər saxladığım dəftərdir :) Sözün qısası, o bizə Qogen haqqında da mühazirə yazdırmışdı və o zaman onun Londondan nə üçün Taitiyə köç etdiyi mənim elə də diqqətimi cəlb eləməmişdi. Amma onun haqqında bu avtobioqrafik əsəri oxuduqca, vikipediyada, ümumiyyətlə internetdə istər istəməz onun haqqında məqlələr axtardım, çəkdiyi rəsm əsərlərinə baxdım... Əsər haqqında onu deyə bilərəm ki, həqiqətən uz

FYODOR DOSTOYEVSKİ - "QUMARBAZ"

Image
Keçənlərdə qeyd elədiyim kimi, ilk dəfə idi ki ikinciəl kitab almışdım və aldığım kitabların içindən Dostoyevskinin "Qumarbaz"ını əlimə götürdüm. Hardasa 2-3 ay əvvəl Bulqakovun "Master və Marqarita" əsərini oxumaq istəmişdim və bununla rus ədəbiyyatını özümçün kəşf edəcəkdim guya, amma alınmadı.. Hardasa 10 səhifədən sonra yarımçılıq qaldı və "Qumarbaz" rus ədəbiyyatından oxuduğum ilk bədii əsər kimi kitab tariximə düşdü :) Əsər haqqında onu diyə bilərəm ki, maraqlıdı.. İnsanın nəyəsə motivasiya olması ilə, istədiyini əldə edə biləcəyi hissini aşıladı məndə.. Bir də asılılıq.. İngilscə gəldi dilimə söz - "bad habits" :) Başqa nə diyə bilərəm ki? Dostoyevski və onun əsərlərinin yəqin ki heç bir şrəhə ehtiyacı yoxdur.. Deyim ki, əsər məndə dəhşətli güclü təəssürat yaratdi yalan olar.. Amma maraqlı idi. Ən azı karandaşım bekar durmadı :) Həm öz seçdiyim, həm də kitabın birinci sahibinin seçdiyi cümlələri paylaşmaq fikrim var. İkinciəl kit

MUSTAFA MƏSTUR - "CÜZAMLI ƏLLƏR VƏ DONUZ SÜMÜYÜ"

Image
İran ədəbiyyatı ilə Mustafa Məsturun sayəsində tanış oldum. Oxuduğum ilk iran yazışısı və əsəri oldu. Əsər insanda qəribə təəssürat yaradır. Çoxmərtəbəli binada yaşayan qonşuların həyatından bəhs olunan əsərdən maraqlı kino və ya serial çəkmək olar :) Qonşular arasında hər təbəqədən adam var - həkimi, jurnalisti, fahişəsi, dəlisi, qatili, pis əhatəsi olan gəncləri və s. Kitabda annotasiyanı oxuyanda yazıçı haqqında yazmışdılar ki, təsvirə çox yol verən yazar.. Mənə  də maraqlı idi ki, görəsən bu təsvir necə bir təsvirdir. Deyim ki, gülün, dağın, təbiətin və ya otağın təsviri? ..deyil, məhs insan xarakterinin, düşdüyü vəziyyətin və olan hadisələrin təsvirindən söhbət gedir.  Adətim üzrə kitabı karandaşla oxumağa başladım və bəyəndiyim cümlələri işarələdim. Kitabı bitirdikdən sonra işarələdiyim cümlələrə göz gəzdirdim, qəribədi, bəyəndiyim cümlələrin əksəriyyəti dəli obrazında verilmiş Daniyalın monoloqlarıdı... Kitabın adı məndə maraq doğurmuşdu - cüzamlı əllər bə donuz sümüyü

HERMAN HESSE - "DEMİAN - Emil Sinklerin gənclik hekayəsi"

Image
Alman ədəbiyyatı ilə ilk dəfə Herta Müllerin "Nəfəs yelləncəyini" oxuyaraq tanış olmuşam. Sevirəm alman yazıçılarını. Ümumiyyətlə tarixə baxanda da, alman tarixi mənə daha qəliz və əsil siyasət kimi gəlir.. Siyasətçilərinin gördüyü iş, hələ Bismarkın özü.. (indi ağlıma gəldi ki bir gün Bismarka bir məqalə yazım). Nə isə.. Çox uzağa getməyim, bu dəfə də Herman Hessenin ikinci əsərini oxudum - "Demian"ı. İlk dəfə isə "Siddhatha"nı oxumuşdum.. Hesse qəliz yazır.. İnsanın daxili aləmini fərqli dərk edir. Onun yazdığı əsərləri oxuyanda, bəzən cümlənin üstündə bir neçə dəqiqə düşünürəm. Məsələn sözü gedən əsərdə "Quş yuvadan çıxır. Yumurta - dünyadır. Kim doğulmaq istəyirsə, dünyanı dağıtmalıdır. Yumurta Allaha doğru uçur." - bu cümlə məni bir xeyli düşündürmüşdu.. Hətta Salvador Dali yuxarıda qeyd olunan cümlyə aid bir rəsm əsəri belə çəkib.. Bunu da az əvvəl axtarış aparanda bildim :) Əsərdə Sinklerin uşaqlıqdan, məktəb yaşlarından tutmuş yetkinl

GABRİEL GARCİA MARQUEZ - "EŞQ VƏ BAŞQA CİNLƏR"

Image
ƏSƏR HAQQINDA: Qabriel Qarsia Markesi keçən il kəşf eləmişəm. Mistik-relist üslubun dahisi deyərdim Markesə. Bu yaxınlarda hətta onun ölüm xəbəri şayəsi də yayılmışdı. Təəssüflənmişdim... Amma yaxşı ki, şayə olaraq qaldı. "Eşq və başqa cinlər" əsəri haqqında nə deyə bilərəm? Maraqlıdı.. 12 yaşlı vəhşi qız Siyerva Mariya ilə 33 yaşlı Allaha bağlı olan kitabları çox sevən, üstün zəkaya malik keşiş Delauranın yasaq eşqi.. Cinvurma kimi mövhumata uyan kilsə əhli.. Vəhşiliyin sevgiyə çevrildiyi eşq hekayəsi.. "Bir uğursuz, sonu faciəli eşq hekayəsi".. Mareksi sevən hər kəsə məsləhətli kitabdı. Əsərdən yadda qalan cümlələr: * Xoşbəxtlik sağalda bilməyəcəksə, başqa əlac axtarmayın. * O günlərdə Siyerva Mariya, mahnılarda deyildiyi kimi, eşqin hər şeyin öhdəsindən gələ bilib-bilmyəcəyinin həqiqət olub olmadığını soruşdu ondan. - Doğrudur, - deyə atası cavab verdi, - amma sən buna inanmasan yaxşıdır. * Yoxsulluğunun səmimiliyi elə ilk baxışdan özünü bəl

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

Image
NƏŞR HAQQINDA: Haruki Murakaminin bir çox əsərlərini rus-dilində kitab mağazalarında görmüşdüm. Ona görə də Azərbaycan dilində "Norveç meşəsi"nin nəşr olunduğunu eşidəndə tərəddüd etmədən aldım. Əsər haqqında çox şey danışmaq olar.. Kitabın annotasiyasına azad seks tələbləri və s. bu kimi fikirlər yazıldığında əslində nələrdən bəhs edəcəyini başa düşmürdüm.. Düzdü bilirdim ki, açıq və intim səhnələr olacaq ve var idi de. Amma hiss olunu ki, Murakami bunu "vecsiz" yazıb. Yeni annotasiyaya sadəcə elə fikirlər yazmağın nə qədər doğru olub olmadığını başa düşmədim.. Və ona görə də kitabı oxuduğum üz qabığını qoymadım şəkilə.. ƏSƏR HAQQINDA: Əsərdən belə bir cümlə oxudum: "Hamının oxuduğu kitabları oxuyanda, adam hamı kimi düşünür. Ancaq bəsit, geridə qalmış adamlar belə eləyir. Ağıllı adam belə eləməz." Halbuki, bu əsərin özü də  bestsellerdi. Əsəri özlüyümdə bir neçə hissəyə böldüm.. Əvvəlini Selincerin "Covdarlıqda uçurundan qoruyan" əsə

ONUN SEVGİ MƏKTUBLARI

Image
"Onun sevgi məktubları" Qənirə Paşayevanın epistolyar janrda yazdığı romandır.. Düzdü o qədər də güclü yazı deyil.. Amma əsərdə tanınmış insanların maraqlı sevgi hekayələri, o cümlədən, məşhurların əsərlərindən götürülmüş sitatları, aforizmləri, şeirlər və s. yer alıb. Kitab ilk səhifəsindən son səhifəsinə kimi sevgidən bəhs edir... Sevgi, sevgi, sevgi.. və qarşılıqsız... Özüm isə əsərdən yadda qalan cümlələri deyil, məhşurların dediklərini seçib yazdım.. ***** Ə g ə r ölüm ayağında birc ə k ə lm ə dem ə y ə zamanım olsa, “s ə ni sevir ə m” dey ə rdim v ə birc ə an da düşünm ə zdim ki, axı s ə n onsuzda bunu bilirs ə n. Q.Q.Markes *** İlk m ə h ə bb ə t inqilab kimidi: sakitc ə sürüb ged ə n h ə yat bir anda darmadağın olur. İ.S.Turgenev *** Rüzgar at ə ş üçün n ə ys ə , ayrılıq da m ə h ə bb ə t üçün odur. Kiçik bir eşqi, sevgini