JOJO MOYESİ MƏNƏ NƏ SEVDİRDİ..

Türk dilində kitabların sifarıişi Bakıda asanlaşdıqdan sonra, bir çox onlayn book shoppinglər ucuz qiymətə kitabları biz oxuculara rahat şəkildə gətirdikdən sonra (mən həmişə bakumozdan sifariş edirəm) müasir dünya ədəbiyyatının yazarlarını bir bir tanımağa,sevməyə, seçməyə başladıq.

Mənsə aralarından Jojo Moyesi seçdim.

Britaniyalı yazıçı əsərlərini müasir üslübda amma klassik əsərlərin dilində yazır. Onu nəyə görə seçdim sualına cavabım isə odur ki, əsərləri oxuyandan sonra orda marağımı cəlb edən məsələləri həmişə google-da axtarışa verirəm. Jojonun ilk oxuduğum əsəri "Senden önce ben" olmuşdu və orada da özümçün yeni, maraqlı məlumatlar əldə etmişdim.

Bu dəfə isə yazıçının "Pariste bal ayı" proloq əvəzi nazik kitabını və ardınca əsərin davamı olan ikinci kitab "Ardında bıraktığın kadın"ı oxudum. Səhifələrini həyəcanla çevirirdim, çünki uzun zaman idi belə içdən bir əsər oxumamışdım. Əsərin qısa məzmunu odur ki, Birinci dünya müharibəsində rəssam Edoarda çox sevdiyi həyat yoldaşı Sophiedən məcburi ayrılaraq cəbhə bölgəsinə yollanır. Müharibədən əvvəl sevdiyi xanımının portretini çəkən Edoarda əsərinə "Arxanda buraxdığın qadın" adını verir. Fransanın kiçik əyalətində baş verən hadisələr əsərin müharibə dövrünü əhatə edir. Almanların fransız əyalətlətini tutduqdan sonra Sophienin portretini görən alman komandiri şəkildən gözlərini çəkə bilmir və... və hər şey on illər sonra 2006-cı ilə sürüklənir. Rəsm əsərinin indiki sahibi Liv Halstondur və bu ona çox sevdiyi memar həyat yoldaşından qalan xatirədir.

Əsəri bitirdikdən sonra yenə googlde axtarşı verdim amma bu dəfə elə adda bir rəssam tapmadım.:) Amma əsəri oxuduaqca o qədər peşman olurdum ki, bir zamanlar dəhşətli dərəcədə rəssamlıq dərnəylərinə yazılmaq istəsəm də yazıla bilməməyimə. Çünki özüm çəkmək istəyirdim, "ardında buraxdığın qadın" adlı bir əsəri. Edoardonun çəkdiyi kimi, Jojonun təsvirində olduğu kimi, Livin sevdiyi kimi, alman komandirində oyandırdığı duyğular kimi... çox istəyirdim.

"Ardında bırakdığın kadın"da sevgi, bağlılıq, sənətə, əsərə qiymət, yalan, yalnızlıq, küsgünlük, dik başlıq, sədaqətdən doğan xəyanət... və nə bilim ürəyə toxunan, adını qoya bilmədiyim bir hiss var.

Bu dəfə əsərdən karandaşladığım cümlələri paylaşmaq keçmir içimdən amma orda bəyəndiyim sadəcə bir cümləni qeyd etmək istəyirəm  - "Mən səni tanıyana qədər xoşbəxtliyin anlamını bilmirdim"

P.S. İndi isə Jojo Moyesin digər əsərlərinin axtarışıdayam. Hələ isəoxumağa "Sevgilimdən son mektup" qalıb :)

Xoş qiraətlər!



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)