KARANDAŞ YENİDƏN YAZIR..

Salam :)

Xeyli müddət idi ki karandaşımın ucu qırılmışdı və yaza bilmirdim. Hər dəfə də başını yontmaq istəyəndə yenidən qırılırdı.Mənim də əlimdən heç nə gəlmədiyi üçün ucu sınmış karandaşımı qabına qoyub gizlətdim.  Amma sonra nə oldu, necə oldusa karandaşımı birtəhər yaza biləcəyim vəziyyətinə gətirdim. Və budur :)

Bütün yayı yazılardan uzaq düşən mən, deyə bilərəm ki heç yeri gəzib görməmişəm. Heç bolluca kitab da oxumamışam, amma nələrəsə göz ata bilmişəm. Heç nəyi dəyişməmişəm, dəyişilməmişəm.

Darıxdıqlarım öz yerində. Heç birinin yerini doldurmamışam.

Susduğum bu müddət ərzində söz verdim özümə bir də heç kəsin qəlbini qırmayacağam ki, karandaşımın da ucu qırılmasın. Mənim qəlbimi qıranların da kafasını kırarım :D demirəm, amma nə gözəl ki fikirlərimin evinə qayıtmışam.. Hər mənada :)

İndi isə bir-bir, yavaş yavaş, aram-aram yazmaq istədiyim yazılarıma keçid alıram.

Belə :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)