PAYIZ - ÖYRƏNCƏLİK, AYRICALIQ... - I

4-5 gündür ki payızı rəsmi şəkildə qarşılayıb sərin havasını içimizə çəkirik. Sabahdan evin pəncərələrini yavaş-yavaş bağlamağa keçid almaq fikrim var. Yazda açılan pəncərələr payızın ürpərdici sərinliyi ilə bağlanır şəhərin səsinin üzünə. 
Payız... başladı yenə qalın adyallara bürünb, corabları ayağa keçirib yatmalar, jaketi çiyinə atıb çay süzüb isti limonlu çayı əlinə alıb jaketin qolları sallana sallana boz havada işıq düşməyən otaqlarda o baş bu başa gəzmələr, səbəbli-səbəbsiz darıxmalar, qəribə küsgünlük, depresiyada olub olmadığını tez tez özünə sual verdiyin sübh 04-05 radələrində oyanmalar, insanlardan qaçmalar, yeni iş həvəsi, kofeyə qayıdış, bir kitabı oxuyub bitirməmiş kitab rəfindən təzə kitabı gözaltı eləmələr, yağışdan sonra torpaq, yağışdan sonra burulan saçlar, nənəmin şərfini boynuma dolayıb işə tələsmələr, anamın son ətri, zoğalı çətri, heç geymədiyi boz ayaqqabısı . . . eh saysam qurtarmaz ki... susuram, yaxşı..
İNDİ evmizdə qəribə sakitlik var.. Oktyabrın evimizə gətirdiyi süküt öncəsi qarışıqlığın sakitliyi.. 

Nə isə...
Heç bunlardan yazmayacaqdım. Söhbət tamam başqa səmtə yönəldi. Silməyəcəm də heç..
Ona görə bunarı yazdım ki bəlkə də, payızın ÖYRƏNcəliyi ÖYRƏTdiklərindən, AYRIcalığı AYIRdıqlarıdır...

Ayırdığı ayrıcalığıdır yəqin yazdığım....

Öyərtdiklərini bu gün yazmağa həvəs göstərmədim...
Fikrim qarışdı...
..sabaha qalsın. . . .    

Siz isə payız haqqında hər il sevə-sevə tapıb oxuduğum bu yazını oxuyun bir də...

                                                                                                           ardı var.....

Comments

  1. Mənim hər payız xatırladığım sitat:

    Я считаю, в ноябре каждый порядочный человек должен от трех до десяти дней проваляться в депрессии. Если вы почему-либо не валяетесь, как алюминиевая ложка, это говорит о недостаточно тонкой душевной организации. Поэтому хотя бы не признавайтесь никому, не позорьтесь.

    :)

    Hər il olduğu kimi xəstələnənə qədər payızın gəldiyini inkar etməklə məşğulam.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)