SƏNİ AXTARIRAM...

Bəli... 
Hamı kimisə, nəyisə axtarır. Bəzən tapdıqlarımızı itirib yenidən axtarırıq hətta. Ya yenisini, ya da elə köhnəsini..
Hamımız axtarışdayıq..

Bəli..
Bu gün bütün ömrünü ədəbiyyata həsr edən, milli ədəbiyyatımızın xanım yazıçısı Ələviyyə Babayeva ömrünün axtarışlarına son verərək gözlərini əbədi yumdu həyata. İndi yalnız onu bizə qalan kiril əlifbası ilə yazılan əsərlərində axtara biləcəyik. 
Onun elə bircə "Səni axtarıram" əsərini oxumuşam. Çox uşaq idim o əsəri oxuyanda, məktəb illərim idi. Jurnalist həyatı, itmiş uşağın axtarışı kimi qaranlıq hadisələri xatırlayıram sadəcə. Yəqin ki, yaxın günlədə əlimə alıb yenə oxuyacağam. Çünki bu xəbər mənə təsir etdi, yenə qırıldı uşaqlığımdan nəsə, itdi.. qayıtmaq istədim uşaqlığıma yenə..

Xatırlayıram elə bu yaz Qabriel Qarsia Markesin ölümünə yas tutan "xalqım", öz yazıçısını bir iki nəfər xaric heç xatırlamadı belə.. təəssüflər. . .

Allah rəhmət eləsin!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)