. . .


Yeni bir səssizliyə qərq olub beynim... Düşüncələr tuğyan edir, bulanir ürəyim qasırğadan sonrakı üfunət qoxusuna... Ola biləcəyindən artıq ola bilməyəcəyini unudursan ara bir... İstəyirsən, tələb edirsən əlini tutum.. buraxmayım.. mənsə sənin hisslərinə kölə, qul... qorxularin arxasında gizlənə gizlənə bənd çəkirəm dənizimə, hər tufandan sonra coşub dağıtmasın ürək evimi..
İncikliklə dolu əqrəblər... Sənnənmi gileyli, mənnənmi acıqlı!? ..bizdənmi danişir hər taqqıltı!? bacarmadim ömrüm boyunca kəskin olmağı.. boyun əyməməkdə çarəsizəm.. yuxulu gözlər və dumanlı beyinin müşayəti ilə gülərüzlü çöhrənin gecəyə doğru kədər çökmüş kolgəsini çəkdim mən.. bax... Sənin qorxularından ilham aldım... əsər çox eybəcərdi.. :(
sükut.... sussssss........

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)