KÖÇƏRİ QUŞ...


Qız köçəri quşdu deyib atalarımız... Gəlir və gedir... Amma mən bununla razı ola bilmədim bu dəfə.. Axı necə razı ola bilərdim!? Quşların uçmağı kimə təsir edir ki, kimin gözü dolur axı onları yola salanda!? Ya da kim xeyir dua verir quşlara köç edəndə!? Kim quşa xına yaxır, toy eliyir? Həm də axı quş qayıdır yenidən... bahar olunca dönmürmü evinə!? ...Bəs köçəri qız!? Neçə il valideynlərinin qurduğu yuvada "bala" olur və sonda özü hansısa bir yuvada "bala"ya ana olmaqçun bir ömürlük gedir... və geri dönmür... qonaq olur sadəcə. Vağzalı sədaları altında suzlur ağ gəlinlikdə valideynlərinin ovcundan göz yaşları ilə.. xoşbəxt olmaq ucun.. "köçəri quş" olmamaq üçün.. Özünə ömürlük yuva qurmaq üçün..

XOŞBƏXT OL BACIM!!!
23.04.2011

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)