POZMAĞI DÜŞÜNDÜYÜM AKSİOMLAR...

Pozulmayan qanunlar... İnsanlar tərəfindən əsasi qoyulan və bütün dünyanın əhalisi tərfindən qəbul edilən aksiomlar.. hansi ki biz dünyanı dərk edəndə onu elə bildik, bu dünyanı tərk edəndə də elə biləcəyik.. Hətta bizdən sonra da bu belə qalacaq... Amma hərdən istər istəməz bu aksiyomları pozmaq fikri gəlir mənə.. axı nə üçün ayin 33-ü yoxdu, ya da həftənin 8-ci günü.. mən 1 dəqiqədə 61-ci saniəni gözləyirəm hərdən, 1gündə 25-ci saatı... rast gəlməyəcəyimi bilə bilə 1 əsrin 101-ci ilini axtarıram tarixdə.. Mendeleyevin cədvəlində axtardıqlarımı da tapmadığım üçün əlavələr eləmək istədim.. Amma mən alim deyiləm axı, alınmadı.. Əşşiii, heç pozulmayan aksiomları da pozmağa gücüm yoxdu.. Deyəsən heç həvəsim də.. Fikirdi də gəldi özüyçün.. :)

My thoughts lost...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)