KISS THE RAIN...



Yağışı öp,
Nə vaxtsa mənə ehtiyacın olsa..
Yağışı öp..
Nə vaxtsa mən səndən lap uzaqlarda olsam..
Əgər özünü və ruhunu
Bu böyük dünyada kimsəsiz və tək hiss etsən
Yağışı öp..
və..
sübhün gəlməsini gözlə
mənim kimi..
mənimlə birlikdə..
Biz eyni səmanın altındayıq,
uzaqlarda olsaq belə..
..və gecələr
mənimçün də sənsiz boş..
darıxdırıcı..
qorxuludu..
Bu boşluğu, qorxunu
birlikdə keçək gecənin içindən..
Əl-ələ verək gecələrdə də..
Əgər hiss etməsən hərarətimi,
Bax göyün üzünə və
Yağışı öp..
O da damla-damla süzüləcək üzündə..
Saçlarını oxşayacaq mənim kimi..
Qorxuların çəkiləcək..
Gəcənin zülməti üşütməyəcək səni..
Beləcə gecə keçəcək..
Dan yeri söküləcək..
Əgər sən hiss etsən ki,
sübhə qədər gözləmək çətin olacaq..
Ürəyin daralacaq..
Sadəcə..
Öp yağışı...
Yağışı öp...


P.S. Yağışlı bir gündə SƏNİ düşünərək yazdım...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)