ANLAŞILMAZLIQ...

Düzü insan anlayışı onsuz da həmişə mürəkkəb olub.. Amma keçmiş vaxtlarda elə idi ki, insanların iç aləmlərini, onların daxildə nə düşündüklərini əslində elə də bilmək olmurdu.. Müasir zaman isə tamam fərqlidi. Bloglar, forumlar və s. bu kimi virtual məkanlar insanların daxili aləmlərini, onların əslində nə düşündüklərini və necə düşündüklərini göstərir.. Mən insanlara baxdıqca anlaşılmaz hisslər keçirirəm... Necə ola bilər ki, bir insan içində bu qədər neqativ hisslər daşıya bilər... və usanıb bezmədən, utanıb çəkinmədən elə bu istiqamətdə yaza.. yaza.. yaza.. Necə deyim, adtəim üzrə google-dan azəri bloglarin axtarışını verdim... mənə maraqlıdı gənclərin düşüncə tərzləri və daxili aləmi.. Nə yalan danışım çox vaxt təəccüb işərisindəki təəssüflə oxuyuram yazıları.. Dəfələrlə əsəbləşdiyim də olur, bəyənib oxucusu olduğum da... Hal hazırda bu yazının əmələ gəlməsinə səbəb isə bir "tupoy" fikirli bloggerin "tupoy" yazısı oldu (ifadəmə gösrə üzr istəyirəm).. nə bilim.. yenə də insanın daxili bəlkə də elə daxildə qalsa gözəl olar.. Bəs onda mən niyə yazıram indi daxildə fikirləşdiyimi bura... (paradoks) Bunun çox sadə cavabı var.. Kiminsə yazısını bəyənmirsənsə oxuma.. Bu qədər sadə :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)