BRÜSSELDƏN MƏKTUBLAR...


Salam Bakı.. Yəqin ki, bu gün yenə zəif günəş işiqlarının şəfəqləri ilə oyanıb bozlara boyanmısan. Baharın ilk təravəti ilə ətirlənib, bürünmüsən buludlara... Səndən məsafələrcə uzaqda olan balaca sakinin bu gün yenə sənin xəyalınla oyandı hövlənak yuxudan.. Yad şəhərin yad səsləri, bütün gecə rahatlığını əlindən alan yeknəsək uğultu... bilirsən nə fikirləşdim, sən doğurdan da çox sakit və üzüyola imişsən... bəlkə də özünü elə göstərirsən, bilmirəm.. Amma sənin haqqında məndə yeni təəssüratlar oyanmağa başlayıb deyəsən.. İndi düşünürəm ki, sənin küləyin də ətirlidi.. hələ yağışın... Onu da ancaq səndə sevmişəmmiş.. Səninlə sevmişəm.. Mən Səni sevmişəm.. Bəlkə də, mənim yoxluğum səni heç maraqlandırmır.. Bəlkə də, hər səhər işə tələsən qızın bir müddət sinəndə iz qoyaraq ora-bura qaçmağı sənə təsir eləmir.. Sənin yoxluğunsa hər dəqiqə hiss olunur.. çünki.. çünki ən xırda detal olan telefon kodu +12 deyil.. Bu sənə yazadığım ilk məktubdu.. Gizlət və heç kimə göstərmə, ikimizin arasında qalsın.. :)
gələndə ilk pıçıltım olacaq, Səni Sevirəm ey şəhər, təəssüf ki çox sevirəm...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)