30 APREL, 2009 ADNA - MƏNİM XATİRİMDƏ...


İndiyə kimi yadımdadı o gün... 4cü kursu bitirirdim. Patok yoldaşım zəng elədi.. "28 maya getmə orda aləm qarışıb bir birinə...." Düzü heç o tərəflərdə işim də yox idi amma qəribə təşvişə düşdüm. Tez TV-ə tərəf qaçdım. Xəbərlərə hələ var idi. Kanalları durmadan çevirirdim.. Bütün tanıdıqlarıma və o tərəfə gedə bilmə ehtimalı olanlara zəng elədim xəbər elədim.. TV hələ də susurdu... Və nəhayet... Diktor həyəcanla xəbəri verəyə başladı.. "Azərbaycan Dövlət Neft Akademiyasındakı terror aktı... Şəxsiyyəti məlum olmayan biri.. atəş açılaraq.. deyirlər ki..... Axtarışlar davam edir..." və sair.. Tutulub qalmışdım.. Heç nə dərk eləmirdim. Yavaşca qalxdım, universitetə getdim.. insanların üzünə baxdım hamıda kədər.. havada onda yadımdadı tutqun idi.. Çoxsu yaşıdım olan tələbələr.. Müəllimlər.. Təzə gəlin.. Qatıq satan.. nə diyəsən bunu törədib, özünü öldürən o vicdansıza!!? heç bir sözə layıq olmayan, o cür asan ölümə layiq olmayan insan adını daşısa da zərrəcə insan olmayana!?Təqribən 2-3gün sonra ADNA tərəfindən yolum düşdü... Divarlada minlərlə yazılar var idi.. Sükut var idi o yekə binanin görünüşündə... Özünü və təhsil verdiyi tələbələrini qoruya bilmdiyi üçün o da tutqun və yazıq görünürdü... yalnız yazılar danışırdı orda.. hamının gözündəkiləri oxumaq bəs eliyərdi.......indi o gündən düz 2 il keçir. heç kim və heç nə unudulmuyub. hər şey dünən kimi xatirim(iz)dədi.... Ölüm insanı harda haqlayacaq heç kim bilmir.. hətta ən təhlükəsiz yer hesab olunan təhsil ocaqları belə həmin qanlı gündən sonra uzun müddət qorxu ocağında çevrildi bir növ...ALLAH bütün ölənlərə rəhmət eləsin! AMİN!

 P.S.  bu yazını 1 il sonra, yəni ADNA-da baş verən terrorun 3cü il dönümündə yazıram.. elə də çox zaman deyil bu terrorun baş verməsi amma nədənsə dövlət"İMİZ" bizə bunu untdurmaq istəyir.. O vaxt video qoymuşdum bu mövzuya amma artıq o videonu youtube-den siliblər göründüyü kimi.. istədim yığışdırım videonun qalığını amma əlim gəlmədi. Əvəzinə digər video paylaşacağam..

Əksər xəbərlərdə  xatırlanmayan bu terror aktında vəfat edənlərin anılmasına da icazə verilmədi...!! Sözün bitdiyi yer.. MƏNİM ARTIQ "VƏTƏNİM" DEYƏ BİLƏCƏYİM BİR YER YOXDU... Təəssüf.... (30.04.2012)






Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)