YAYILMAYAN YAY
Avqustun gedişi ilə yay da düşdü yola. Qızmar keçməyən, ömrümün ən sərin və küləkli yayı.. Yayılmayan yayı.. Bu ay bir tərəfdən çox gec, bir tərəfdən çox tez keçdi. Yalan demiyim, keçən aydan nə çox asan, nə də çox çətin oldu. Avqustun sonu etibarı ilə həyatımın hüzün ayı başlayır.. Qaçıb gizlənmək istədiyim, səs söz eşitmək istəmədiyim payız gəlir.. Çoxu az edib avqust ayımdan yazıram: 3 il əvvəl əlimə aldığım Amin Maalofun Afrikalı Leo əsərini oxuyub bitirdim O olmadan onlu olanları oldurduq... Dörd kitab bitirdim: Afrikalı Leo - Amin Maalouf Kalbin Temizse Hikayen Mutlu Biter - Hakan Mengüç Şeker Portakalı - J.V.Vasconcelos On dakika otuz sekkiz saniye - Elif Şafak Kitabxanama üç kitab əlavə etdim (oxuduqlarımdan son üç kitab) İşdən ezamiyyətə göndərildim sentyabr ayında, səfər var.. İllərdir gözlədiyim eyni ailədən iki nəfərin xeyir işində iştirak etdim ürəkdən Bütün yay boyu həvəslə gö