İYUN NƏ VƏD ETDİ?

Bu gün iyun haqqında pafoslu cümlələr yazmaq istəyərdim bəlkə, amma nəsə bunu etmə həvəsim və istəyim yoxdur. İyun ayı mən gənc ikən mənim sevgilimin doğum gününün ayı idi :) onu mənə gətirən, mənə duyğulu sözlər yazdıran, ürəyimin başqa cür döyünməyinə səbəb olan ay idi. Nəsə dəyişib? Əslində heç nə dəyişmiyib, özümdən başqa.. Əlbəttə yenə mənim sevgilimin, hətta həyat yoldaşımın ad gününü qeyd etdik. Amma və sadəcə indi o doğum günü ikimizin baş-başa qeyd etdiyimiz bir tarixdən çox ailə və geniş şəkildə qeyd olunur, romantik görüşlər və hazırlıqlar yerini, onun sevdiyi salatı düzəltməyə verib. Bəli, bəli.. Ailə məişət məsələləri. :) Bəs sevgi? O isə necə var elə qalır, şəraitin dəyişməyindən asılı olmayaraq...

Nə isə bir az çox romantik mövzulara daldıq sanki..

Qısası iyun ayı mənə nələr verdi.. Bu ay mənim üçün səhhətimlə və yenə də daxili aləmimlə mübarizə apardığım qəribə və baş açmadığım ay idi. Hətta 30 günün içinə qəfil planlanmış səyahətimizi də daxil edə bildik. Ümumilikdə yadımda qalacaq hadisələr çox olsa da, sanki ayın özünü tamamilə unutmuşammış kimimə gəldi (bu abzasa qədər "ay" sözünü çox işlətdiyimin fərqindəyəm).

30 günə qayıdıb, qısa xülasə keçmək istəyirəm:

  • İllər sonra Lerikə, atam, anam və bacılarımla getdiyimiz o istirahət zonalarına getdik.Çox duyğulandım. O illərə qayıtdım, laikn bu dəfə yanımda sevdiyim ailəmin heç bir üzvü yox idi.. Bu zəncirotunu isə üfürəndə çox güman ki arzu tutmuşdum...
  • Xəzərin ləpələri ilə görüşdüm bu il ilk dəfə, salamladım.. Mikayılın dəniz sevincinə mən də sevindim.

  • Həyat yoldaşımın ad gününü qeyd etdik birlikdə, ailə şəraitində.
  • Səhhətimlə mübarizə apardım..
  • Toya getdim və  şəkil çəkdirmədən evə qayıtdım :) 
  • Atamı səfərə göndərdik və onun əvəzinə özüm də sevindim çoxlu.
  • Özümü axtarmaqdan bezmədim, amma yoruldum. Arzularımın keşiyində qalmaqdan yoruldum..
  • Bu ay heç kitab almadım :(
  • Bircə dənə kitab, Mark Levinin "Bir-birimizə demədiyimiz sözlər" kitabını oxudum

İyun unutmağı vəd etdi mənə...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)