YAYILMAYAN YAY

Avqustun gedişi ilə yay da düşdü yola. Qızmar keçməyən, ömrümün ən sərin və küləkli yayı.. Yayılmayan yayı..

Bu ay bir tərəfdən çox gec, bir tərəfdən çox tez keçdi. Yalan demiyim, keçən aydan nə çox asan, nə də çox çətin oldu. Avqustun sonu etibarı ilə həyatımın hüzün ayı başlayır.. Qaçıb gizlənmək istədiyim, səs söz eşitmək istəmədiyim payız gəlir..

Çoxu az edib avqust ayımdan yazıram:


  • O olmadan onlu olanları oldurduq...
  • Dörd kitab bitirdim: 
               Afrikalı Leo - Amin Maalouf
               Kalbin Temizse Hikayen Mutlu Biter - Hakan Mengüç
               Şeker Portakalı - J.V.Vasconcelos
               On dakika otuz sekkiz saniye - Elif Şafak


  • Kitabxanama üç kitab əlavə etdim (oxuduqlarımdan son üç kitab)
  • İşdən ezamiyyətə göndərildim sentyabr ayında, səfər var..
  • İllərdir gözlədiyim eyni ailədən iki nəfərin xeyir işində iştirak etdim ürəkdən
  • Bütün yay boyu həvəslə gözlədiyim Türkan bağına getdim 3 günlük.
  • Atamın doğum gününü qeyd etdik, xatirələrimizi 20 dəqiqəyə sığışdırdıq.
  • Uzağa baxan gözlərimin bir ilini qeyd etdim...
...və ürəyim çox sıxıldı bu yay, nə eləsəm də bu sıxıntını üstəliyə bilmədim.


Sentyabra sevgilərlə, xatirələrlə...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami