KEÇƏN AY..

Mənə hərdən elə gəlir ki aprel ayı həmişə hadisələrlə dolu olur. Fərqi yoxdu, pis ya yaxsı, dünyada və ya ölkə daxilində, özümdə və ya ətrafda.. Fərq eləmir sadəcə hadisələr çix olur və bir birini tez tez əvəzləyir. Ona görə çatdırmıram elə bil ki yaşamağa (gülməli çıxdı bu fraza amma pozmadım).

Son günlərdi özümü yenə birtəhər hiss edirəm amma bu aprelin yox, artıq may ayının boynuna düşən məsələlərdi. Apreldə isə 2il aradan sonra yenidən işdə öz kreslomda oturub beynəlxalq münasibətlərin çox cüzi bir qismini öz işimiz öhdəliyində həll etməyə başladım. Sanki heç o qədər zaman keçməyib və mən həmişə elə burda, bu komputer qarşında oturmuşam. Həyatım monoton keçmir ən azından. İçimdəki boşluq isə heç nə ilə dolmur.. I pretend about everything. Necə deyərlər özümü artistliyə qoyuram. :) 

Kitablara gəldikdə isə, aprel ayında kitab oxuma siyahımı doldura bilmədim. Aprelin əvvəlində Vüsalə Məmmədovanın "Əsirlik düşərgəsi" kitabını aldım, imzalı. O qədər ağır kitabdır ki içində cəmi 9 ya 11 həyat hekayəsinin olmasına baxmayaraq ay yarımdır ki oxuyub bitirə bilməmişəm. Bir də Milçəklərin tanrısı kitabını götürmüşəm oxumağa amma içimdən bir səs onu yarımçıq buraxacağamı deyir. Bağışlayın məni milçəklər.. 

Alınan bir kitab və oxuduqlarım siyahısına bu ay əlavə olunmayan kitab sayı ilə ayımızın məruzəsini tamamladıq. Əvəzində səhv etmirəmsə iki kinoya baxdım, Birisi Hokings haqqında idi, o birinin də adını unutdum təəsüf ki. Aprel ayında tamamlanmamış çox işim var, çox işim qalıb. yarım ay kimi 2019 tariximə daxil oldu. Amma yeindən özümü toparlamalıyam. Keçmişin iyrənc hisslərinə qapı açmaq qəti qadağandır!

Mayda bir çox şeyin siyahısını artıracağam söz.

I believe..  :) 

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami