FİZİKA VƏ MƏN...
İyul ayımı başqa cür xatırlamıram.. məktəb vaxtı fizikanı yalnız qiymət üçün oxuyan, Şəmiyyə müəlimənin başa saldığı dərsləri başa düşməyib, sadəcə əzbərləyən mən, bu ay fizika oxudum, özdə başa düşərək və istəyərək.. hələ də mütaliələrimə və axtarışlarıma davam edirəm düzü.. Kvant fizikası, hardan necə qarşıma çıxdı bilmirəm. O qədər şeyləri açır ki insanın qarşısında onun ola da bilər və olmaya da bilərləri məni özünə maqnit kimi çəkir. Frekansım onda cəmlənir. Alfa dalğama keçirəm və bu qəbildən daha neçə sözlər. İyul ayında yenə özümü axtarışla məşğul oldum, amma digər aylara baxanda əldə etdiyim bir şey var. Axtarışın xəritəsini çəkdim.. bəli, artıq bilirəm səbəbim nədir, fərqindəyəm və bu məni qismən rahatladır. İyul ayımı necə keçirtdim sualını qısaca aşağıdakı kimi cavablandıracağam: ..tamamilə zamanımı işə bir də evə sərf etmişəm. ..ondan sonra isə kvant məlumatlarına :) ..ailəmlə maraqlı zaman keçirmişəm, Lahıca getmişəm və Amerikadan qayıdandan