İKİ AY SABAHATTİN ALİ İLƏ BİRGƏ

Artıq yaz fəslini rəsmi şəkildə qarşılamışıq. İndi isə günəşin nə zaman daim parlayacağı günləri gözləyirik. Əlbəttə ki o da gələcək.

Bu qış mövsümünü isə yenə qarsız keçirdik.  Mart isə gah baharı, gah qışı xatırladır həmişəki kimi. Biz uşaq olanda anam deyərdi ki, mart ayında qışla yaz dalaşır həmişə. Ona görə havalar belə keçir :) 

Fevral ayını geridə qoymaqla bərabər, artıq martla da vidalaşmağa üçcə gün qalıb. Mən də fürsətdən istifadə edərək bu iki ayı necə keçirdim, nə oxudum, hansı kitabı aldım suallarını cavablandırmağa çalışıram özlüyümdə. 

Fevral hardan gəldi hara getdi, bilmədim. Bu elə bil məhz fevrala xas bir xüsusiyyətdir. 28gün olan bu balaca ay hər zaman tez qurtarır sanki, 29 gün olsa belə. Fevralı o qədər də ciddi xatırlamıram. Çünki daxilimlə baş başa qaldığım  sakit aylardan biri oldu. Və Sabahattin Ali sevdam yenidən baş qaldırdı. 

Sabahattin Ali ilə  səhv etmirəmsə 2014 cü ildə tanış olmuşam ilk dəfə. Bəlkə də daha tez, ya gec təəssüf xatırlamıram. Bir onu bilirəm ki, nun Kürk Mantolu Madonna əsəri üzərimdə çox güclü iz qoymuşdu. Elə məhz o kitabı oxuyub  bitirəndən sonra İçimizdeki şeytan əsərini almışdım. Fevral ayında kitab oxumaq üçün axtarış edərkən İçimizdeki şeytan keçdi əlimə. İlk cümlələri tanış gəlirdi amma bütün əsəri xatırlaya bilmirdim nə üçünsə. Açdım "oxuduğum kitablar" siyahıma baxdım amma orada da heç nə tapa bilmədim, yəni kitabı oxumağıma dair məlumat yox idi. Xatırlamadığıma görə və siyahımda da olmadığına görə oxumağa başladım. Oxuduqca xatırladım və əmin oldum ki bir dəfə oxumuşam sadəcə siyahıya əlavə etməyi unutmuşam və əsər bir az yadımdan çıxıb. Oxuyub bitirdikdən sonra həvəsə gəldim qələmini onsuzda çox sevdiyim Sabahattin bəyin yenə də oxumuş olduğum Kürk mantolu Madonna əsərinə yenidən müraciət etdim.. Bir daha sevə sevə oxudum. Və məndə olmayan daha bir əsərini Kuyucaklı Yusufu fevral ayında aldığım kitab olaraq kitabxanama əlavə etdim. Kürk Mantolu Madonna bitən kimi, Kuyucaklı Yusufa keçdim. Beləki fevral ayında 2kitab oxudum və bir kitab aldım (hər ay 1 kitab alacağıma söz verdiyim kimi riayət edirəm). Mart ayında yalnız Kuyucaklı Yusufu oxudum. Çox maraqlı olsa da başım bayram hazırlıqlarına, yeni həvəs saldığım toxuma işlərinə qarışdı və düzü elə bu yazımı yazmazdan qabaq bitirdim kitabı. Fevral və mart aylarım ancaq Sabahattin Ali ilə keçdi, onun yazısı, düşüncəsi, dəsti xətti, müəmmalı həyatı.. nə bilim mənə çox doğmadır sanki. Bəs mart ayında hansı kitabları aldım? 

Bu kitab alma mərasimimdə qəribə oldu, rəfiqəmin gözü məndə olan kitablardan birinə düşdü sat dedi, satmıram ama kitbla dəyişirəm dedim. Və Baku Book Center dən iki kitab aldı və Sartrın Ürəkbulanma əsərini götürdü, barter :) bəs mən hansı kitabları seçdim? Uilyam Golding Milçəklərin tanrısı və Corc Oruellin Paris və Londonda qara qəpiksiz əsərləri. 

İki ayımı Sabahattin abi ilə keçirməyim mənə qəribə təsir edib indi ondan ayrılmaq istəmirəm elə bil. Sabaha təzə kitab seçəcəyəm :) 

Bu arada onu da qeyd edim ki, toxuculuq işlərimi bir az irəliyə doğru aparmışam, amma bu haqda hələki yazmaq istəmirəm. 

Psixoloji və mənəvi olaraq yaxşı yerdəyəm, özümdən razıyam. Və həvəsim olsa bu haqda bölüşərəm. İndi isə ancaq kitablardan danışaq. :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)