DƏYİŞİKLİKLƏR...
Günlərin bir birini necə əvəzlədiyini heç hiss etmirəm. Bir də baxıram ki, gözlədiyim günlər artıq qeyd olunub və geridə qalıb. Zamanın bu qədər sürətlə axıb getməsi bilmirəm xeyrimizədir ya yox. Sonuncu dəfə bloguma cızma-qara edəndə ad günüm idi və oğlum cəmi bir ayına yenicə girmişdi. Mənsə bildiyimiz postpartum hallarında, hormonlarımla vuruşurdum. Artıq o gündən nə az nə çox düz 3 ay keçib, bir həftədən sonra isə oğlum 4 ayına girəcək. Bu müddət ərzində böyük bacımın 35 yaşı, Sevgililər günü, vizamın son tarixi və Bakıya qayıdışım, vətəndə 3 həftə keçirib vizamı təzələyib yenidən ABŞ-a gəlməyim, bir ayın içində körpə ilə 2 dəfə 19 saatlıq səmalarda gəzişmək☺, 8 mart, bacım oğlunun 5 yaşı, çərşənbələr və Novruz bayramı gözümün önündən bir saniyə kimi ötüb keçdi sanki. Halbuki, bu tarixlərin hamısnı gözləyir insan. İndi isə qabaqda çimərlik mövsümünü, günəşli günləri, oğlumun ilk sözünü, ilk addımını və s. və s. və s. gözləyirəm. Amma kaş bunlar bir göz qırpımında keçib getmə