DÖRD...

yenə gəldi oktyabr..
yenə sənsizliyin ayı, günü
gəldi,
..amma sən gəlmədin.
yağışlar küləklər gəldi,
buludlar gəldi.
mən gəldim daha uzaqlara
..amma sən gəlmədin.
nə yaxınlardan, nə uzaqlardan bir xəbər də gəlmədi..
insan bu qədər uzağa gedərmi?
arxanda dörd "boynu bükük bənövşə",
dörd fərqli kədər qoydun.
..və bu ildən
artıq dördə qalxıb yoxluğun.
..dordə qalxıb yeni xatirələr
..yeni gülüşlər
..yeni əlbisələr
hamısı da utanır yoxluğundan
bu gün isə gecikmədi,
yenə gəldi yağışlar,
oktyabr gəldi,
kədər, həsrət gəldi
..sən gəlmədin
..amma sən gəlmədin....

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)