Elif Şafakın Tanrı axtarışı
O qədər olur ki məndə bir kitabı almaq istəyirəm, amma nə üçünsə heç cür o kitabı almaq qismət olmur. Mağazada kitab rəfindən götürüb baxıb qoyuram yerinə təzədən. Bəzən pulum olmur almıram, bəzən pulum olsa da almaq istəmirəm. Sanki zamanı gəlmir. Mən keçən yazımda da yazmışdım ki, kitabları biz seçmirik. Onlar lazımı vaxtda özləri gəlib tapır bizi, elə bil ruh halımız özləri cəzb edir kitabı bizə. Elif Şafakın "Havvanın üç kızı" kitabı da o kitablara aiddir. Ramazan ayının axır həftəsində aldım kitabı. Əsərdə qəhrəman təkcə özünü axtarmır, həm də bütün kitab boyunca Tanrını da axtarır və bu mənim indiki ruhum və düşüncələrimlə o qədər üst-üstə düşürdü ki. Bir tərəfdən də oruc tutub bu ibadətimi yerinə yetirirdim deyə, içimdə nələrisə oynatdı elə bil kitab. Nə qatı dindar olmaq, nə inanclı olmaq, tutqu ilə dinə bağlanmaq, nə də ateist olub Allahı inkar etmək var bu bədəndə, bu ruhda. Adət və ənənə olaraq islam koloriti altında böyüdüyümüz üçün qanımıza işləyən müsəlman v...