ÖTƏN 2019-CU İLİN KİTABLARI
Bu yazımda 2019-cu ildə oxuduğum və aldığım, eyni zamanda mənə hədiyyə olunan kitablardan danışmaq istəyirəm. Deyə bilərəm ki, ötən 3 ilimə baxanda 2019-cu ildə kitab oxuma və alma vərdişimi yenidən bərpa etməyim göz qabağındadır. Düzü, bu məni xeyli sevindirdi. Belə ki, oxuduğum kitabların sayını 19 kitabla daha da artırdım və kitabxanama 19 yeni kitab əlavə etdim. yeni kitablardan üçü isə hədiyyədir. Hədiyyəlik olan iki kitabı kitabxanamda olan Sartırın "Ürəkbulanma" əsəri ilə barter etdim, digər bir kitabı isə bizim məhşur dj Fateh öz instagram hesabında keçirdiyi kiçik bir yarışma ilə məni qaliblərdən biri elan etdi və kitabı mənə hədiyyə etdi. :) İndi isə oxuduğum kitabların siyahısına keçmək istəyirəm: İvan Turgenyev "Atalar və oğullar"- bu 2018-ci ildə yarım saxladığım kitab idi, oxuyub bitirdikdən sonra çox bəyənmişdim. İki fərqli oğul və iki fərqli ata. Etel Lilian Voyniç "Ovod" - Bu əsəri hələ o zamanlar anam çox tə