AXI İNANMAYACAQDIM...
İnsanlara inamımı 2012-ci ilin isti yay aylarında tamam itirdiyimi düşünürdüm. Topçubaşov adına Eksperimental xəstəxananın yaşıllıqlarla dolu həyətində ilana bənzər dəyişik rəngli gözləri olan kişinin timsal göz yaşları ilə əlindəki dərman reseptini bizə uzadaraq "balam xəstədi bu, bu, bu dərmanları almışam, amma, bunlara pulum çatmır nə olar kömək etdin" deməsi ilə bacımın böyük məbləğdə pulu ona verməsi və Allahdan övladına dönə dönə şəfa diləməsi bir olmuşdu. Hansı ki, o məbləğ həmin dərmanların hamısını almağa yetəcək qədər idi. İndi mən qınanıla bilərəm ki, bir əlin verdiyini digəri bilməməlidir. Bu nədir bura yazmışam!? Amma məsələ heç də düşünüldüyü kimi deyil... 2-3 gün sonra eyni göz yaşları, eyni sözlər eyni dərman resepti və eyni alınacaq dərman adları ilə kişi şəxsən mənə yaxınlaşdı. Heç nə demədim, eləcə üzümü çevirib getdim. Halbuki, içimdə insanları onların ən incidən hissləri ilə oynayan bu alçağa çığıracaq milyonlarca sözüm var idi. Uzun müddət özümə gələ