BULUDLARA ÇATAN OĞLAN - SOBİECH... N2

Həyatının sayılı günlərini yaşasan da hər hansı bir məqsəd dalınca düşürsənsə, deməli, həyatını boşa yaşamamısan. "Mən döyüşdə düşməsinə baxmayaraq, döyüşü uduzmayan oğlan kimi yadda qalmaq istəyirəm" - demişdi Zach Sobiech.

Bəlkə də, onun həyatı da adi uşaqların həyatı kimi olsa idi, bu qədər məqsədli olmazdı. Ya da məqsədi olsa da, bu qədər çox tanınmazdı. 18 illik ömrünə musiqi qrupu yaratmaq, youtube-da milyon baxış sayısını keçən məhşur  "Clouds" ("Buludlar") mahnısını oxumaq, albom buraxmaq, çox mehriban bir ailədə böyümək və son ana kimi yanından ayrılmayan sevgilisi Amy ilə unudulmaz anlar keçirməyi sığdıra bildi.

Zach Sobiech 1995-ci ildə Amerikanın Saint Paul şəhərində, bəzi amerika kinolarında gördüyümüz kimi çoxuşaqlı ailədə, adi uşaqlar kimi dünyaya gəldi. Amma təəssüf ki, həyat heç də hər zaman insanların istəkləri üzərinə qurulmur. 14 yaşında sümük xərçəngi diaqnozu qoyulan Zach, çox çətin, ağrılı bir yeniyetməlik dövrü keçirir. 10 əməliyyatdan və 20 dəfə kimyaterapiya aldıqdan sonra musiqi yazmağa başlayır gənc oğlan. 2012-ci ilin may ayında isə, qorxsa da hər zaman gizlində gözlədiyi xəbəri həkimlər verirlər - "sadəcə bir il ömrü qalıb". Bu xəbərdən sonra o, artıq özünü tamamilə musiqiyə verir və "A firm handshake" adlı dostlardan ibarət qrup yaradır. Baxış sayı 10 millionu keçən "Clouds" mahnısını da, 2012-ci ilin dekabrında xərçənglə mübarizəsinə, qısa ömrünə həsr edir. O qeyd edirdi ki, əvvəlcə mahnını Amy üçün yazmaq qərarına gəlir, amma, sanki cümlələr öz-özünə başqa səmtdə yazılır. Və təkcə Amyni yox bütün sevdiklərini görür o mahnıda.

Bəli, həkimlərin qoyduğu diqanoz heç də onu çox gözlətmir, 13-cü aya keçməsinə izn vermədən, məhs bir il sonra 2013-cü ilin 20 mayında Zach Sobiech doğulduğu ölkədə, şəhərdə "buludlara" tərəf üz tutur.

Vəfatından sonra qurmuş olduğu musiqi qrupu heç də dağılmır, əksinə bu gün də fəaliyyətini davam etdirir. Zachin adına uşalar üçün xərçənglə mübarizə fondu yaradılır. Anası, Laura Sobiech isə oğlunun həyatından bəhs edən və "Clouds" musiqisindən bir cümlə olan "Fly a little higher" ("Bir az daha yüksəyə uçuram") adlı kitab yazır. Laura kitabı təqdim edərkən belə qeyd edib: "Anaın sevgisi, oğulun xərçənglə mübarizəsi və milyonlarla insanın həyatına toxunan hit mahnı haqqında hekayə."

Zach Sobiechin həyatının son günlərindən bəhs edən videoda, ailəsi, sevgilisi, dostları, maraqları, əyləncəli keçirdiyi zamanı və sevdiklərinin onun haqqında dediyi sözləri izləyə bilərsiz.



Onun tvitterdə son yazısı:




Bu isə Zach Sobiechin "Buludlar"ı ("Clouds") və onun tərcüməsi:  




Well I fell down, down, down  -Budur, mən aşağı, aşağı, aşağı düşdüm,
Into this dark and lonely hole  -Bu qaranlıq və kimsəsiz yuvaya.
There was no one there to care  -Burada mənim qeydimə qala biləcək
about me anymore  -heç kim yox idi
And I needed a way to climb and  -Və mənə yuxarı qalxmaq üçün bir yol,
grab a hold of the edge  -tutmaq üçün bir künc lazım idi
You were sitting there holding a rope  -Sən isə orada ip tutaraq otururdun.

And we'll go up, up, up  -Və biz yuxarı, yuxarı, yuxarı gedəcəyik
But I'll fly a little higher  -Amma mən bir az daha yüksəyə uçacağam
We'll go up in the clouds  -Biz buludlardan da yüksəyə qalxacağıq
because the view is a little nicer  -Çünki görünüş orada bir az da gözəldir
Up here my dear  -Buradan yuxarı, mənim əzizim
It won't be long now, it won't be long now  -İndi artıq uzun çəkməyəcək...

When I get back on land  -Mən yerə qayıdanda
Well I'll never get my chance  -Eh.. mənim birdə şansım olmayacaq
Be ready to live and  -Yaşamağa hazır ol
it'll be ripped right out of my hands  -çünki bu mənim əllərimdən qopardılacaq
Maybe someday we'll take a little ride  -Bəlkə bir gün kiçik bir gəzinti edəcəyik
We'll go up, up, up and -Biz yuxarı, yuxarı, yuxarı gedəcəyik 
everything will be just fine  -və hər şey sadəcə əla olacaq..

And we'll go up, up, up  -Və biz yuxarı, yuxarı, yuxarı gedəcəyik
But I'll fly a little higher  -Amma mən bir az daha yüksəyə uçacağam
We'll go up in the clouds  -Biz buludlardan da yüksəyə qalxacağıq
because the view is a little nicer  -Çünki görünüş orada bir az da gözəldir
Up here my dear  -Buradan yuxarı, mənim əzizim

It won't be long now, it won't be long now  -İndi artıq uzun çəkməyəcək...
If only I had a little bit more time  -Kaş mənim bir az da çox zamanım olardı
If only I had a little bit more time with you -Kaş mənim səninlə, bir az daha çox 
                                                                        zamanım olardı

We could go up, up, up  -Biz yuxarı, yuxarı, yuxarı gedə bilərdik
And take that little ride  -və o kiçik gəzintini edərdik
And sit there holding hands  -və orada əl-ələ tutub oturardıq
And everything would be just right  -və hər şey düzgün olardı
And maybe someday I'll see you again  -Bəlkə nə vaxtsa mən səni yenə görəcəyəm
We'll float up in the clouds and  -Biz buludların üzəri ilə üzəcəyik
we'll never see the end  -və sonu heç vaxt görməyəcəyik

And we'll go up, up, up -Və biz yuxarı, yuxarı, yuxarı gedəcəyik
But I'll fly a little higher -Amma mən bir az daha yüksəyə uçacağam
We'll go up in the clouds  -Biz buludlardan da yüksəyə qalxacağıq
because the view is a little nicer  -Çünki görünüş orada bir az da gözəldir
Up here my dear  -Buradan yuxarı, mənim əzizim
It won't be long now, it won't be long now  -İndi artıq uzun çəkməyəcək...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)