AZ ZAMAN ÇOX İŞ...
Demək olar ki, hər birimiz zamanın azlığından şikayət edirik. "Vaxt çatdırmıram", "vaxtım yoxdur", "vaxt uçur" kimi frazalar da bizə çox tanışdır. Şagirdlərdən tutmuş iş adamlarına kimi hamı bir ağızdan bu cümlələri ən azı gündə 2-3 dəfə işlədir. 24 saatın 8-10 saatını yuxuya sərf etsək, vaxt çatdırmadığımızı dediyimiz amma görülməsi vacib olan işlərə vaxt çatdırmamağımız, həqiqətənmi zamanın azlığıdır, yoxsa bizim onu düzgün bölüşdürə bilməməyimizdir? Bu mövzuya müraciət etməyimin əsas səbəbi, özümün də zaman-zaman vaxt qıtlığından şikayət etməyimdir. Düşünürəm ki, hər şeyə vaxt çatdırmaq üçün vaxtın düzgün bölüşdürülməsi əsas məsələlərdən biridir. Amma bunu hamı bacarmır. Bəs nə etməli? Nədir bizim vaxtımızı alan? Bəlkə faydasız işlər, normaya düşməyən fəaliyyət, ya astagəllik? Gəlin kiçik hesablama edək :) Hər şeydən əvvəl sizin vaxtınızı "yeyən" fəaliyyətlətlərinizi bir yerə qeyd edin. O fəaliyyətlər ki, həyatınıza fay