AVTOBUS HEKAYƏLƏRİ..

Evə gecikirəm. Bilirsiz, necə deyim, görüşdən gəlirəm :) və evə adətən gəldiyim saatdan gec gəldiyim üçün atamın qapını açanda papağımın ponponuna əliylə vurub, "nə gec gəldüüüüün?" deyəcəyinə əminəm :)
Həmişəki oturacağımda oturmuşam, arxadan bir oturacaq qabağda, sağ sıra, pəncərə tərəf. Hava küləklidi, soyuqdu. Yasamal da həmişəki sarı işıqlarına boyanıb. İnsanlar yorğun, fikirli üzləri ilə evə qayıdır, radioda Qarabağ şikəstəsi səslənir, mənsə yazıram..
Bəzən avtobusda ağız deyəni qulaq eşitmir. Bu gün nəsə sakitlikdi yaman. Ona görə də arxada oturan oğlanın astadan danışsa da səsi aydın eşidilir:
- ala o gün bilirsən noldu?
- nəə?
- diməli metroda qatarda bir qız gördüm. Nəsə sifəti yadımda qaldı da. Düşdük qatardan bir yerdə. Sonra o da avtobus gözdədi mən də. Bu gün baksovet metrosunda mən düşürdüm eskalatorla o qız qalxırdı. Baxan kimi tanıdım. Kopya o idi. Eyni sifət, eyni saç, eyni kofta. Elə qəribə oldum ki.
..həmsöhbətindən cavab gəlmədi və bir iki dayanacaq sonra düşdülər.
Mənsə eşitdiyim bu hekayəni yaza-yaza yoluma davam edirəm. Radioda artıq başqa muğamat səslənir, atam bu ifanı eşitsə muğamatın adını, növünü deyərdi, mən bilmirəm amma.
Bir döngə, 3 dayanacaqdan sonra isə evdəyəm. Atam da nigaran qalıb, məni gözləyir, əminəm :)

"Daha bir günün sonuna geldik sayın dinleyenler..." ©

Comments

Popular posts from this blog

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)