SEVGİLƏR.. SEVGİLİLƏR.. SEVGİLİ.. SEVGİ.. 4S (arxiv)
haqqında nə yaza biləcəyimi bilmədiyim, buna baxmayaraq, başladığım, amma söhbətin axırının necə olacağı özümə də qaranlıq qalan bir mövzu:
..çünki düşünmədən yazıram
..çünki sevgi uzun zamandır toxunmadığım yumuşaqlıqdı
..çünki düşünmədən yazıram
..çünki sevgi uzun zamandır toxunmadığım yumuşaqlıqdı
..çünki girmədiyim və ya girmək istəmədiyim otağımdı
..çünki o rənglə rənglənə bilmirəm, rəsimlər əyri üyrü çıxır
nəsə belə bir şey.. :)
bəlkə də sevənlər və sevgili arasındakı fərqi özümçün tapmaq istəyirəm?
sevgilər..
rəngli, ağ-qara, monoton - çəhrayı, monoton - boz, çılğın, bədbin, rahat, imkansız, bitkin, alınamayan, gizli, aşkar, utancaq, qarışıq, arsız, abırsız, mənasız ..yox bir dəqiqə! sevgilər mənasız olmaz, olsa o sevgi deyil, çox güman başqa hissdir, elə mənasız bir şey. qısacası, Mikayıl Müşfiqin təbirincə desək, "sevgilərdə qarışıq bilməcələr kölgəsi var.."
sevgililər..
əgər söhbət çoxluqdan, -lar -lər şəkilçisindən gedirsə istər istəməz müqayisə olunacaq nələrsə tapılacaq. sevgililər.. kimisi bir birinə
_______________________
Hərdən blogumun "draft" bölməsində yazıb yarımçılıq saxladığım yazılara baxıram. Bu da onlardan biri, gözümə sataşdı birdən. Amma oxuyanda bu 4s-i tamamlamayacağımı başa düşdüm. :)
Yazı 6 mart 2014-cü ildə qeydə alınıb. Arxası gəlməyəcək..
Mənsə bir gün mütləq sevgi haqqında yazacam amma bir gün və sadəcə o bir gün hələ ki nə bu gün, nə də sabahdı.

Comments
Post a Comment