MƏQALƏLƏR VƏ MÜƏLLİF HÜQUQLARI


Keçənlərdə ilk dəfə olaraq "Xoşbəxt olmaq üçün 20 addım" adlı məqalə tipli yazı yazmışdım.  Yazdıqdan bir müddət sonra isə bir neçə saytda yayımlandığının və təəssüf ki, adımın qeyd olunmadığının şahidi oldum. Məqalənin bəzi məqamları istinad edilən saytdan götürülsə də, tərcümə, cümlələrin yenidən işlənməsi, əlavələrin edilməsi, öz fikirlərim tamamilə bəndənizə aid idi. Məqaləni saytlarda yerləşdirən şəxslərdən müəllifin qeyd olunmasını yazıb xahiş etsəm də, təbii ki heç bir şey əldə edə bilmədim. Mən də bunları nəzərə alaraq, blogumda bu tip yazıları öz imzamla yerləşdirə biləcəyim yeni "Məqalələr" bölməsi açdım  (blogun sağ tərəfində görə bilərsiz).
Həmin bölmədə mənə maraqlı olan, müxtəlif dillərdə yazılan (müxtəlif yəni bildiyim dillər :D) məqalələri dilimizə tərcümə edib, özümün də şəxsi fikrimi və ya əlavələrimi qeyd edərək diqqətinizə çatdırmaq fikrim var.
Ümid edirəm ki, bundan sonra yazılarımdan istifadə edərkən imzamı da qeyd etməyi unutmazlar :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)