PAYIZ - ÖYRƏNCƏLİK, AYRICALIQ... - II

Eyni başlıq, fərqli əhval..
Dünən arxadan Yann Tiersenin ifa etdiyi Ameli k/f-dəki sountrack, bu gün pianoda Küçələrə su səpmişəm..

Əhval ortadan bir az aşağı, pisdən bir az yuxarı, nənəm demiş bobat :D

Bilirsiz, əslində mən indi bilmirəm optimist yazım, pozitivlikdən dəm vurum, yoxsa payızın, tarixlərin məni arxaya, əks istiqamətə döndərdiyi hisslərimi açım töküm. Qalmışam iki yol ayrıcında.Çünki içimdəki hiss elədiyimlə, zahirimdə elədiklərim və özümü göstərməklərim uyğun gəlmir. Kənardan olduğumdan daha gülərüz, problemsiz, fikirsiz, optimist, amma daxildən... Sirrlərim özümə təbii, həmişəki kimi...

Hərdən də fikirləşirəm ki, insan istəməsə məsələn, heç əlini ağdan qaraya belə vurmaz. Amma siz bilmirsiz mənim əlim necəməharətlidi, əlimi bütün rənglərə vurmağa adət eləmişəm artıq axır illərdə. Mənim bu payız nələr eləməyə çalışdığımı da bilmirsiz heç :)

Öyrəndiklərimdən, yarım qoyduqlarımdan danışım istəyirəm.
Məzuniyyətə çıxdığım (doğurdan axı mən bu il heç bir işə yaramayan 32 günlük məzuniyyətə çıxmışdım avqustun 1-dən) gündən etibarən, keçən il aldığım 2000-lik puzzle yığmağa başladım. Birinci dəfə üçün elə də asan olmadı. 1 aya yarısını yığmağı bacardım və yarımçılıq şəkildə otağın müəyyən bir qismində narahatçılıq verməklə məşğuldu. Göz dağı :)

Payız depresiyasından qaçmaq üçün 3-4 "yağlı" kitab oxudum. Qalın qalın..Gördüm xeyir eləmir. Nə dedektivi fikrimi qarışdıra bildir, nə romantiki ürəyimi açdı, əksinə sevgi söhbətləri ürəyimi ağrıtdı, nə də ki ailə-məişət mövzuları. Öz dərdim, öz itkim yadıma düşdü kitabı qurtarıb örtən kimi özüm öz günümə ağladım hönkür-hönkür.. Özdə işdə.

Keçdim digər fəaliyyətə. Musiqiçi ruhum oyandı bu dəfə də. Aldım əlim sazı. Yox, yox zarafat edirəm, saz mənlik deyil, o işə Telli baxır :D Pianomu açmadım, başqa alət..Gitara. Açdım interneti və özüm öyrənməyə başladım 3 gün - 5 gün. Dırnaqlarımı belə qısaltdım öyrənmək üçün :) İndi də Teomanın İstanbulda son bahar mahnısının akkordlarını öyrənirəm. Hələki yarımçıq qoymamışam, bir şey alınsa burda yəqin ki geniş auditoriyanın (özümü təskin) diqqətinə çatdıraram, bacımla Beatles-in "Yesterday" mahnısını ifa elədiyimiz performans kimi bir performans göstərərik yenə. :)

Amma bu da bəs eləmədi. Yenə də məni payızın qəminnən bircə addım ayırdığını hiss elədim. Yenə açdım interneti. Uşaqlıqdan içimdə qalan rəssamlıq ruhumu oyatdım bu dəfə də :) Əgər gitara öyrənmmək yavaş yavaş alınırsa bu niyə alınmasın. Bir şeylər alındı. İnanmırsız? Baxın ;)


Birinci bu qəşəng pandanı çəkdim :)
Sonra danbo qədər də olmasa sevdiyim teddyni
Sonra özümü çəkdim, pitaçoku ^_^
3şəkili işdə qaralayıb evdə çiburaşkaynan krakadil Genaya keçdim.

Çuppalina da neçə gündü dilimizdədi onsuzda.
Axırda da risk eliyib bir az öz etapları olan nisbətən çətin şəkilə keçdim.
Sonra belə qərara gəldim ki, tələb olunan bütün növ karandaşları alıb bu işin özünü öyrənim. Həvəsə gəldim :) Hələki yarımçıq qoymamışam. Amma...

..amma görürəm ki, heç nə, heç bir fəaliyyət məni, ürəyimi qarşıdan gələn ağır günün ağırlığından qurtarmıyacaq.. Payız bəhanədi. Mənsə SƏBƏB.. Onsuzda səbəbəm, vəsiləyəm hər əməlimlə nələrəsə..

Son olaraq, üçüncü eləmək istəyib eləmədiyim, hər cür imkanın olduğu, amma icazənin olmadığı xaricə getmək istəyi. Bəlkə də 3 gün özümün seçdiyim şəhərlərin birində səhərdən axşama qədər əlim cibimdə, nənəmin şərfi boğazımda o baş bu başa gəzsəm, düzələrəm. Bunu heç başdamayacağam da ki yarımçıq qoyum. ehhh...


Payız epopeyasının başlanğıcıdı bu hələ.. Ümumi götürəndə isə yazımın sonu...

Comments

  1. Vəsilə, sonuncu şəkil məni gülməkdən öldürdü.

    ReplyDelete
    Replies
    1. Kişini yola gətirməyə cəhd belə eləmirəm :D

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami