ŞİRİN KAKAO ..
Keçən 10-15 ilimə çönüb baxanda, daha doğrusu adi bir hadisə və ya əşya keçən günlərimi mən istəməsəm də mənə xatırladanda xatirələr zəncirim düzülməyə başlayır.. lap elə bu günkü kimi.. Adicə mətbəxin hər küncündə bir xatirə yatır. Bu gün soyuducunu açıb südü görəndə anamın şirin kakaosunu xatırladım. Məzuniyyətimin ilk günündən iş dəftərimi bağlayıb, xatirələr kitabımı vərəqlədim. Bu dəfə daha çox keçmişə, 20il əvvələ, bacılarımın subay olduğu, hələ hamımızın məktəbə getdiyi günlərə qayıtdım. İstirahət günləri girdə çügün qazanda anamın bizə bişirdiyi o kakao.. bişənə qədər yanında durub "mama, bişmədi?", "mama, nə vaxt bişəcəəəy?", "mama acından öldümeee" deməylərim var idi. Halbuki yalan deyirdim, mən indiyə kimi heç vaxt səhərlər acımıram :) ..anamın əlindən çıxan hər şeyi sevirdim sadəcə.. ..südü götürdüm, qazanı götürdüm, şəkəri götürdüm, kakaonu götürdüm və bişirdim. 7 dəqiqədən az çəkdi ki çox çəkmədi. Sadəcə bir şeyi düşündüm o zaman 5