Posts

PAYIZ - ÖYRƏNCƏLİK, AYRICALIQ... - II

Image
Eyni başlıq, fərqli əhval.. Dünən arxadan Yann Tiersenin ifa etdiyi Ameli k/f-dəki sountrack, bu gün pianoda Küçələrə su səpmişəm.. Əhval ortadan bir az aşağı, pisdən bir az yuxarı, nənəm demiş bobat :D Bilirsiz, əslində mən indi bilmirəm optimist yazım, pozitivlikdən dəm vurum, yoxsa payızın, tarixlərin məni arxaya, əks istiqamətə döndərdiyi hisslərimi açım töküm. Qalmışam iki yol ayrıcında.Çünki içimdəki hiss elədiyimlə, zahirimdə elədiklərim və özümü göstərməklərim uyğun gəlmir. Kənardan olduğumdan daha gülərüz, problemsiz, fikirsiz, optimist, amma daxildən... Sirrlərim özümə təbii, həmişəki kimi... Hərdən də fikirləşirəm ki, insan istəməsə məsələn, heç əlini ağdan qaraya belə vurmaz. Amma siz bilmirsiz mənim əlim necəməharətlidi, əlimi bütün rənglərə vurmağa adət eləmişəm artıq axır illərdə. Mənim bu payız nələr eləməyə çalışdığımı da bilmirsiz heç :) Öyrəndiklərimdən, yarım qoyduqlarımdan danışım istəyirəm. Məzuniyyətə çıxdığım (doğurdan axı mən bu il heç bir işə yarama

PAYIZ - ÖYRƏNCƏLİK, AYRICALIQ... - I

4-5 gündür ki payızı rəsmi şəkildə qarşılayıb sərin havasını içimizə çəkirik. Sabahdan evin pəncərələrini yavaş-yavaş bağlamağa keçid almaq fikrim var. Yazda açılan pəncərələr payızın ürpərdici sərinliyi ilə bağlanır şəhərin səsinin üzünə.  Payız... başladı yenə qalın adyallara bürünb, corabları ayağa keçirib yatmalar, jaketi çiyinə atıb çay süzüb isti limonlu çayı əlinə alıb jaketin qolları sallana sallana boz havada işıq düşməyən otaqlarda o baş bu başa gəzmələr, səbəbli-səbəbsiz darıxmalar, qəribə küsgünlük, depresiyada olub olmadığını tez tez özünə sual verdiyin sübh 04-05 radələrində oyanmalar, insanlardan qaçmalar, yeni iş həvəsi, kofeyə qayıdış, bir kitabı oxuyub bitirməmiş kitab rəfindən təzə kitabı gözaltı eləmələr, yağışdan sonra torpaq, yağışdan sonra burulan saçlar, nənəmin şərfini boynuma dolayıb işə tələsmələr, anamın son ətri, zoğalı çətri, heç geymədiyi boz ayaqqabısı . . . eh saysam qurtarmaz ki... susuram, yaxşı.. İNDİ evmizdə qəribə sakitlik var.. Oktyabrın ev

SƏNİ AXTARIRAM...

Image
Bəli...  Hamı kimisə, nəyisə axtarır. Bəzən tapdıqlarımızı itirib yenidən axtarırıq hətta. Ya yenisini, ya da elə köhnəsini.. Hamımız axtarışdayıq.. Bəli.. Bu gün bütün ömrünü ədəbiyyata həsr edən, milli ədəbiyyatımızın xanım yazıçısı Ələviyyə Babayeva ömrünün axtarışlarına son verərək gözlərini əbədi yumdu həyata. İndi yalnız onu bizə qalan kiril əlifbası ilə yazılan əsərlərində axtara biləcəyik.  Onun elə bircə "Səni axtarıram" əsərini oxumuşam. Çox uşaq idim o əsəri oxuyanda, məktəb illərim idi. Jurnalist həyatı, itmiş uşağın axtarışı kimi qaranlıq hadisələri xatırlayıram sadəcə. Yəqin ki, yaxın günlədə əlimə alıb yenə oxuyacağam. Çünki bu xəbər mənə təsir etdi, yenə qırıldı uşaqlığımdan nəsə, itdi.. qayıtmaq istədim uşaqlığıma yenə.. Xatırlayıram elə bu yaz Qabriel Qarsia Markesin ölümünə yas tutan "xalqım", öz yazıçısını bir iki nəfər xaric heç xatırlamadı belə.. təəssüflər. . . Allah rəhmət eləsin!

BÖYÜKLƏRİN NAĞILI

Image
Yəqin ki hamımız nağıl oxumuşuq.   Sizi bilmirəm, amma mən uşaqlıqda dəhlizimizin qaranlıq otağıma düşən zəif işığında, anamın məni yatmağa göndərsə də gizlin-gizlin, yorğanımın altında nağıl kitablarını su kimi içə-içə oxuyub böyümüşəm. Əhməd Cəmilin "Can nənə bir nağıl de" şeirindəki balaca oğlana nağıl deyən nənə kimi mənim nənəm mənə nağıl demədiyi üçün öz nağıllarımı ona görə də həmişə özüm oxumuşam. Və elə yəqin o yaşlarımdan da kitabların qoxusunu sevib onları bir də əlimdən buraxmamışam. Hardasa, 2-3 il əvvəl üz qabığı qopmuş, içində "Tapdığın nağılı", "Oxxayla Əhmədin nağılı", "Məlikməmmədin nağılı" olan nağıllar kitabını oxumaq istədim, amma alınmadı. Gülmək tutdu məni. Həəəə, dedim özüm-özümə, yaş o yaş deyil. :) Mənə görə hər şeyin "uşaqlar üçün" və "böyüklər üçün" kateqoriyası olduğu kimi, nağılların da belə bir bölgüsü var. Məsələn necə ki, uşaqlar və böyüklər üçün cizgi filmləri, kinolar, verlişlər,

ЛЮБЛЮ?

Image
Люблю?, не знаю может быть и нет, Любовь имеет множество примет, А я одно сказать тебе могу Повсюду ты, во сне, в огне, в снегу, В молчанье, в шуме, в радости, в тоске, В любой надежде, в любой строке и в любой звезде, Во всём! Всегда! Везде! Ты памятью затвержен наизусть И ничего нельзя забыть уже. Ты понимаешь? Я тебя боюсь, Напрасно я бежать, спастись хочу, Ведь ты же сон, тепло, дыханье, свет... Хочу прижаться к твоему плечу. Люблю?, не знаю, нет других примет!                                                      Вероника Тушнова  

JOJO MOYESİ MƏNƏ NƏ SEVDİRDİ..

Image
Türk dilində kitabların sifarıişi Bakıda asanlaşdıqdan sonra, bir çox onlayn book shoppinglər ucuz qiymətə kitabları biz oxuculara rahat şəkildə gətirdikdən sonra (mən həmişə bakumozdan sifariş edirəm) müasir dünya ədəbiyyatının yazarlarını bir bir tanımağa,sevməyə, seçməyə başladıq. Mənsə aralarından Jojo Moyesi seçdim. Britaniyalı yazıçı əsərlərini müasir üslübda amma klassik əsərlərin dilində yazır. Onu nəyə görə seçdim sualına cavabım isə odur ki, əsərləri oxuyandan sonra orda marağımı cəlb edən məsələləri həmişə google-da axtarışa verirəm. Jojonun ilk oxuduğum əsəri " Senden önce ben " olmuşdu və orada da özümçün yeni, maraqlı məlumatlar əldə etmişdim. Bu dəfə isə yazıçının "Pariste bal ayı" proloq əvəzi nazik kitabını və ardınca əsərin davamı olan ikinci kitab "Ardında bıraktığın kadın"ı oxudum. Səhifələrini həyəcanla çevirirdim, çünki uzun zaman idi belə içdən bir əsər oxumamışdım. Əsərin qısa məzmunu odur ki, Birinci dünya müharibə

KARANDAŞ YENİDƏN YAZIR..

Salam :) Xeyli müddət idi ki karandaşımın ucu qırılmışdı və yaza bilmirdim. Hər dəfə də başını yontmaq istəyəndə yenidən qırılırdı.Mənim də əlimdən heç nə gəlmədiyi üçün ucu sınmış karandaşımı qabına qoyub gizlətdim.  Amma sonra nə oldu, necə oldusa karandaşımı birtəhər yaza biləcəyim vəziyyətinə gətirdim. Və budur :) Bütün yayı yazılardan uzaq düşən mən, deyə bilərəm ki heç yeri gəzib görməmişəm. Heç bolluca kitab da oxumamışam, amma nələrəsə göz ata bilmişəm. Heç nəyi dəyişməmişəm, dəyişilməmişəm. Darıxdıqlarım öz yerində. Heç birinin yerini doldurmamışam. Susduğum bu müddət ərzində söz verdim özümə bir də heç kəsin qəlbini qırmayacağam ki, karandaşımın da ucu qırılmasın. Mənim qəlbimi qıranların da kafasını kırarım :D demirəm, amma nə gözəl ki fikirlərimin evinə qayıtmışam.. Hər mənada :) İndi isə bir-bir, yavaş yavaş, aram-aram yazmaq istədiyim yazılarıma keçid alıram. Belə :)

TEDxBAKI 2014

Image
İki il ard arda tedx tədbirlərinə youtube vasitəsilə baxdıqdan sonra, keçən il də daxil olmaqla bu il ikinci dəfə idi ki sözü gedən tədbiri izləməyə getdim. Sözün düzü gözlədiyim effekti almadım və əvvəlki illərə nəzərən maraqsız, keçən ilki təşkilati işlərə baxdıqda olduqca zəif idi. 12 spikerin içindən 3 ya 4 nəfər çıxışı ilə yadımda qaldı. Yüklənmə adı altında edilən çıxışlarda heç mənim yüklənmə haqqında olan baxış bucağımdan heç kəs çıxış etmədi. Keçən ilki tedx tədbirində içəri girən andan xoş qarşılanma, proqramı təqdim edərkən bakcellin müxtəlif hədiyyələri, lunchtime, fasilə sıralarında Qara Dərvişin mükəmməl ifası (hansı ki, həmin ifadan sonra onu özümçün kəşf elədim) və s. və i. Lakin bu il içəri girəndə hazır olmayan bage-lər, təkcə türkçülüyün tarixinə aid kitabın hədiyyə edildiyi yanımızdaca hazırlanan paketlər, lunch-siz ucuzvari çay süfrəsi, fasilələrdə azərcellin ürəksıxıcı təqdimatı və s. və i. ilə qarşılaşdım. Çox izləyici tərəfindən bəyənilmədiyi də açıq ayd

GİRİŞ VƏ YA EPİLOQ.. (1)

Image
Xeyli zamandır içimdən bir yazı yazmaq keçir.. bir yazı deyəndə, əslində birinə, gedişi ilə bütün dünyamın işığını söndürüb, mənə -sız, siz, suz, süz şəkilçisini hədiyyə edən insana, mamama yazmaq istəyirəm... Əslində hələ buna hazır olmadığımı, amma zaman keçdikcə deməy istəyib deyə bilmədiyim sözlərin içimdə bir üsyana çevrildiyini, qalaq qalaq yığılan sözlərin artıq "yazmayacağam" sözünə sadiq qalmadığını, yığılan cümlələrin məni necə incitdiyini hiss edirəm. Ona görə də bir vaxt  güc toplayıb yazmağa əlimin gələcəyi yazıma kiçik bir giriş yazmaq keçdi ürəyimdən. Bəlkə bir asan olar ki, əslində heç vaxt asan olmayacağını öz adım kimi əzbər bilirəm.. Elə bu yazını yazmağı düşünə düşünə hər gün sonu olduğu kimi bu gecə də bloguma gün ərzində hansı regionlardan ziyarətə gəlindiyini, hansı postlara baxıldığını, hansı açar sözlərlə bloguun tapıldığına baxmağa başladım. Və qabağıma bu mənzərə çıxdı: "Ata itkisi haqqında şəkillər".. bilmirəm və yəqin ki heç

BİR İL ƏVVƏ, BU GÜN, BİR İL SONRA...

Image
Elə günlər var ki, insan sırf o günün necə keçdiyini bilir. Məsələn hər il 12 yanvar mənim ad günümdü amma mən xatırlamıram hər il ad günüm necə keçir, bu qədər illərin içindən deyək ki 2009cu ildə keçirdiyim doğum gününü xatırlayıram dəqiqliklə, məhz o ilin 12 yanvarını, nə 2008i nə 2010u. Eləcə də 11iyun :) Yəqin ki tarix tanış gəldi.. bəli,bəli.. o tarixdir.  Düz bir il əvvəl də beləcə leysan yağmışdı 11 iyunda. Hər gününə lənət oxuduğum 2013ün 11iyununda necə tək, necə kimsəsiz, necə qəmli idim.. Sağ olsun instagram, yaxın keçmişə gedib günümü həkk elədiyim o şəkili elə yerindəcə tapıb screen elədim.  Gecə 04:25 bunları xatırlamağıma səbəb keçən ildən canımı qutarmaq üçün bu illərə tələsdiyim zaman kəsiyində dəyişən həyatımdı..  "Sad day" heşteqli o şəkilin altında "sad" olmamaq, xoşbəxtliyə qaçmaq məsləhət olunmuşdu mənə. Məsləhtə əməl elədim deyəsən :) Qorxmuyun, son zamanlar dəb olan "happy" videosunu çəkmək fikrim yoxdu don