GİRİŞ VƏ YA EPİLOQ.. (1)

Xeyli zamandır içimdən bir yazı yazmaq keçir.. bir yazı deyəndə, əslində birinə, gedişi ilə bütün dünyamın işığını söndürüb, mənə -sız, siz, suz, süz şəkilçisini hədiyyə edən insana, mamama yazmaq istəyirəm...
Əslində hələ buna hazır olmadığımı, amma zaman keçdikcə deməy istəyib deyə bilmədiyim sözlərin içimdə bir üsyana çevrildiyini, qalaq qalaq yığılan sözlərin artıq "yazmayacağam" sözünə sadiq qalmadığını, yığılan cümlələrin məni necə incitdiyini hiss edirəm. Ona görə də bir vaxt  güc toplayıb yazmağa əlimin gələcəyi yazıma kiçik bir giriş yazmaq keçdi ürəyimdən. Bəlkə bir asan olar ki, əslində heç vaxt asan olmayacağını öz adım kimi əzbər bilirəm..

Elə bu yazını yazmağı düşünə düşünə hər gün sonu olduğu kimi bu gecə də bloguma gün ərzində hansı regionlardan ziyarətə gəlindiyini, hansı postlara baxıldığını, hansı açar sözlərlə bloguun tapıldığına baxmağa başladım. Və qabağıma bu mənzərə çıxdı:


"Ata itkisi haqqında şəkillər".. bilmirəm və yəqin ki heç vaxt bilməyəcəyəm ki o axtarışı kim nə üçün və nə düşünərək axtarıb.
..və heç vaxt bilməyəcəyəm ki o insan o şəkillərlə nə edəcək
..heç vaxt bilməyəcəyəm o axtarışı verən insan əslində doğurdanmı atasını itirib, ya sadəcə nəsə bir göstəriş
..o adam da heç vaxt bilməyəcəy mənim itkilərə olan həssaslığımı
..və ikimiz də heç vaxt bilməyəcəik görəsən atanı ya ananı itirmək daha çətindi. . .

Ardı var...




Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)