TEDxBAKI 2014

İki il ard arda tedx tədbirlərinə youtube vasitəsilə baxdıqdan sonra, keçən il də daxil olmaqla bu il ikinci dəfə idi ki sözü gedən tədbiri izləməyə getdim. Sözün düzü gözlədiyim effekti almadım və əvvəlki illərə nəzərən maraqsız, keçən ilki təşkilati işlərə baxdıqda olduqca zəif idi.
12 spikerin içindən 3 ya 4 nəfər çıxışı ilə yadımda qaldı. Yüklənmə adı altında edilən çıxışlarda heç mənim yüklənmə haqqında olan baxış bucağımdan heç kəs çıxış etmədi. Keçən ilki tedx tədbirində içəri girən andan xoş qarşılanma, proqramı təqdim edərkən bakcellin müxtəlif hədiyyələri, lunchtime, fasilə sıralarında Qara Dərvişin mükəmməl ifası (hansı ki, həmin ifadan sonra onu özümçün kəşf elədim) və s. və i.
Lakin bu il içəri girəndə hazır olmayan bage-lər, təkcə türkçülüyün tarixinə aid kitabın hədiyyə edildiyi yanımızdaca hazırlanan paketlər, lunch-siz ucuzvari çay süfrəsi, fasilələrdə azərcellin ürəksıxıcı təqdimatı və s. və i. ilə qarşılaşdım. Çox izləyici tərəfindən bəyənilmədiyi də açıq aydın tvitter və facebookda qeyd olundu hətta.
Bu ilki tədbiri təkcə tənqid eləməyəcəyəm. Yadda qalan bir hadisə laaap sonda spikerlərdən biri olan Ramin Hacılıdan gəldi. Bütün tədbir boyunca əvvəlki ABA telekanalının aparıcısı, indi isə yazar olan Aysel Əlizadə ilə yanaşı gəzməyi diqqətimi çəkmişdi və hədər deyilmiş, Hacili səhnədən sevdiyi xanıma evlənmə təklif elədi və bütün zalı heyrətləndirdi :)

Ümumiyyətlə isə TEDx tədbirlərini bəyənirəm. Çünki həyatda elə bir insan yoxdur ki ömründə bircə dəfə də olsun uğur qazanmasın. Sadəcə bəziləri bu uğurun düstürünü özləri həll edirlər və gələcəkdə də ondan sitfadə edirlər. Bəziləri isə ya düstürü unudur, ya da həlli başqasndan köçürür deyə xatırlamır. O səhnə də uğur düsturlarını umutmayanlar üçündür.
Bir gün visitor yox speaker olmaq arzusu ilə ;)

P.S. bəyəndiyim çıxışların videoları mövzünün adı kimi youtube-a yüklənəndə paylaşaram :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)