BİR İL ƏVVƏ, BU GÜN, BİR İL SONRA...

Elə günlər var ki, insan sırf o günün necə keçdiyini bilir. Məsələn hər il 12 yanvar mənim ad günümdü amma mən xatırlamıram hər il ad günüm necə keçir, bu qədər illərin içindən deyək ki 2009cu ildə keçirdiyim doğum gününü xatırlayıram dəqiqliklə, məhz o ilin 12 yanvarını, nə 2008i nə 2010u.

Eləcə də 11iyun :)

Yəqin ki tarix tanış gəldi.. bəli,bəli.. o tarixdir. 
Düz bir il əvvəl də beləcə leysan yağmışdı 11 iyunda. Hər gününə lənət oxuduğum 2013ün 11iyununda necə tək, necə kimsəsiz, necə qəmli idim.. Sağ olsun instagram, yaxın keçmişə gedib günümü həkk elədiyim o şəkili elə yerindəcə tapıb screen elədim. 

Gecə 04:25 bunları xatırlamağıma səbəb
keçən ildən canımı qutarmaq üçün bu illərə tələsdiyim zaman kəsiyində dəyişən həyatımdı..  "Sad day" heşteqli o şəkilin altında "sad" olmamaq, xoşbəxtliyə qaçmaq məsləhət olunmuşdu mənə. Məsləhtə əməl elədim deyəsən :)
Qorxmuyun, son zamanlar dəb olan "happy" videosunu çəkmək fikrim yoxdu don't panic :D

Bir də gələn il olacaq... bu gün üçün arzusunda olduqlarımı həyata keçirməyə tələsdiyim gələcək illər :)

P.S. l love you

P.P.S. gecə bu göygurultusunda qorxudan gözlərimi nəlbəki boyda açıb ətrafa baxdığım vaxt atamın oyaq olduğunu görüb sakitləşdim.
P.P.P.S. l love you too my King :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)