Posts

İLİN SON YAZSISI - IV -

Image
Biz keçən əsrin uşaqlarıyıq.. 1900-lərdən 2000-lərə gəlib çıxmışıq, son nəsilik... Biri iki edə bilən müəyyən kütləyə qarışmışıq. Əsri dəyişdik, illəri dəyişdik, özümüzü dəyişdik, ətrafdakıları dəyişdik.. Hər yeni ilin ən azı bir yeniliyi ilə təqvimi cırıb tulladıq.. Biz BİZ olmağı bacarana qədər nələri itirdik.. nələrdən əl çəkdik.. kimlərlə, nələrlə imtahana çəkildik... hansı əziyyətləri sinəmizə sıxıb dərdi özümüzə dərd yox dost bildik... 2013.. daha ötən ilin aldığını səninlə sağaltmaq asan olmadı ki.. ..çətinlikləti ört-basdır eləmək ..günahları gizləmək ..olmazlara girib bataqlıqlarda batmaq ..özünü mələk kimi göstərib şeytanın paltarında gəzmək ..yalançı gülüşlərə sarılıb, qəhqəhələrlə içdən-içdən ağlamaq ..kobudlaşmaq ..vecsizləşmək ..özünü anlamqşı kimi göstərmək, amma heç kəsə məhəl qoymamaq sonra.. sonraysa yavaş-yavaş anlamağa çalışmaq, anlamaq ..səhvləri qarış-qarış düzəltmək ..ayrılıqlarla barışmaq ..itkini içində ən gizlin yerə saxlamaq və ..və yeni h

OLANLARDAN BİR İKİ CÜMLƏ :)

Image
İlin son yazısına keçməzdən əvvəl son olanlardan bir iki cümlə yazmaq istədim :) Əvvəlcə ciddi araşdırmalarımdan danışacağam. Tanıdığım və tanımadığım bloggerlərin həyat tərzləri, prinsiplərini oxuyaraq komputerin qabağında 4-5 saatımı necə sərf etdiyimi bir mən bilirəm, bir zaman, bir gözlərim, bir də həmin saatlar ərzində danışdırmadığım o ;) nəticə?  - təbii ki, nəticələr əldə etdim, və onu gələn il xüsusi olaraq ayrıca bir mövzu olaraq yazacağam.. Gəzdim, gəzdik çoxlu.. tanıdıq.. öyrəndik.. güldük, əsəbləşdik. yazdım, oxudu.. Gözlərim güldü! Özüm-özümə soruşdum gəldimi? ...yəniii? zamanıdımı - dedim.. Axtardığımı tapmaq üçün zamanı gözlədim, əvəzində tapdı, gətirdi, hədiyyə etdi. Sonra.. Sonra yola saldım sevimli cütlüyü :) ..xoşbəxtlik ..xoşbəxtik (qorxduğum məhvum) Blogumun adını dəyişdim "MY FREE ZONE" - dan "Karandaş"a transfer olduq bir az :) İnsanlarla bir-iki ünsiyyətə girdim, müsbət dəyişikliklərə doğru.. ..və hədiyyələr aldım balacalarım

YAXINLARIMIZDAN DA YAXIN OLANLAR... Leylək Xəlifə

Onu ilk dəfə ötən ilin payızının ilk ayında tanıdım. Çox adi təsadüf, kiçik bir şərh, göndərdiyim məktub.. və beləliklə onun zəngin, geniş, böyük dünyasının bir pəncərəsindən mən də boylandım. Nə dostdu, rəfiqə. Nə tanışdı, nə biliş. Nə hər zaman yanımdadı, nə həmişəlik uzaqda. Hamı kimi deyil, amma hamıdan fərqli də deyil. ..o bir nağıl qəhrəmanıdı :) Amma onu mən özümdən uydurmamışam. ..o səssisliyimi pozan uzaqdan eşitdiyim bir səsdi. Amma səsi heç narahat eləmədi. ..o yaşadıqlarını mənimlə paylaşan fikirdi. Amma heç nəyə məcbur eləmədi. ..o təbəssümdü ..o ağıldı ..o mehribanlıqdı ..o səmimiyyətdi O sevimli Leylək Xəlifədi :) Bəzən həqiqətən yaxınlarımdan da yaxın oldun mənə. Bunu həmişə hiss eləmişdim. Gün gəldi , əmin oldum. Təşəkkür edirəm! ______________________ Abdullayeva    23.12.12 кому: Leylek Günlər keçdikcə onun əlinin dəydiyi nələrsə azalır.. İllər keçdikcə nə olacaq? gələcəkdən qorxuram... Leylek Xelife  

DƏYİŞƏN TEZLİKLƏR... - BİZ

Image
..heç vaxt heç nə və heç kəs eyni qalmır. bunu kimdənsə tələb etmək ən gülünc və ağlasığmaz isdək olardı bəlkə də. şəkil dəyişir bütün varlıqlar və var olanlar. bir də insanlar.. bizə özümüz qədər yaxın olan insanlar və bizim tanımadıqlarımız... ən pisi tanıdığımıza əmin olub "mənim özüm" dediklərimizin zaman keçdikcə tanımadığımıza günbəgün, qrambaqram istəmədən inanmalı olduqlarımız.. gözlərinin içinə baxanda illərdən bəri tanıdığın o bakiərliyin, saflığın, təmizliyin, o səmimiyyətin itdiyini anlamaq.. hər kəlmədə hiss etdilən soyuqluq.. aranda hər gün bir az da böyüyən ucalan o divar.. iynə kimi sancılan sözlər.. dərk edərəkmi dərk etməyərək mi düşüncəsiz deyilən cümlələr və üsr istəməmələr.. xəstə olanda belə "necəsən?" sualını verməmək.. suallara qaçıram axı hər dəfə - mənmi çox dəyişdim? kədərmi məni belə böyütdü? yoxsa xoşbəxtlikmi səni bu cür dəyişdi? düşüncəsiz etdi? yoxsa mənimi çox düşüncəli etdi? kinli.. sərt.. kobud.. uzun zamandır heç özümüz olmadıq

OŞO BELƏ DEYİR, BƏS MƏN!? :)

Image
İnsan həyatında elə zamanlar olur ki, insanın özü ilə, fikirləri ilə tək qalmaq və yaşadığı yeni və gözlənilməz hadisələrdən özünü qoparıb köhnə həyatına atmaq istəyi yaranır. Əslində başqalarında bunun olub olmadığını bilmirəm, amma şəxsən məndə belə hallar zaman zaman özünü göstərir.. köhnə həyat dedikdə, adətən digərlərinin monoton adlandırdığı gündəlik günləri nəzərdə tuturam, rutinlər, bir-birindən fərqlənməyən saatlar. Hansı ki buna öyrəşmisən, bu rutinlə, bu şablonla yaşamaq sənə xoşdur.. Bəlkə də xoş deyil, elə öyrəncəlikdir.. hər nə. Birdən nələrsə baş verir və bu köhnə həyatından dartıb çıxarır.. "Yeni olan köhnə" həyatımdan... Əslində isə mənim bir də öz "köhnədən də köhnə həyatım" var və onun üçün nə qədər darxımışam, bunu heç kəsə başa sala bilmələrəm.... Sözüm onda deyil... Bu gün son zamanlarda rutin həyatımın ritmini dəyişən hadisələrdən özümü qoparıb "yeni olan köhnə" həyatıma ata bildim. Və təbii ki həyatımın ayrılmaz hissəsi ola

PIÇILTILAR...

Image
Gecələr özündə həmişə nələrsə gizlədir. Ya da gizlətdiklərini aşkara çıxarır. İnsanlar fərqli düşünür elə bil səmada günəşin ilk şəfəqi görünənə kimi.. daxildə gizlənənlər, gizlədinlənlər boylanır ətrafa. həmişə var olanlarsa cılızlaşıb gözdən itir. Dahalaşır insan varlığı.. ..daha sakitləşir ..daha anlayışlı olur ..daha düşüncəli olur ..daha aqresivləşir ..daha dərdli olur ..daha xəstə olur ..daha vəhşiləşir ..daha alçaqlaşır ..daha müdrikləşir. . . Gecələr ən çox da səslər dəyişir.. pıçıltılar çoxalır.. ürək beyinlə pıçıldaşır.. gözlər qaranlıqla pıçıldaşır.. qulaq səssizliklə pıçıldaşır.. sevgililər pıçıldaşır.. yuxular pıçıldaşır.. ..yalnızlarsa xəyallarla pıçıldaşır. Kim bilir gecə yuxuda gülən insanın səhər göz yaşı axıtmadığını? Kim bilir bir zaman iki səsin pıçıltısı eşidilən otaqdan indi təkcə bir nəfərin pıçıltısının eşidildiyini? - bilirəm mən, amma o qədər bilmək isdəmirəm ki.. ..məni incitmə gecə, onsuz da səni sevmirəm ruhumu ağrıdırsan. . .

JOJO MOYES - "SENDEN ÖNCE BEN" (dignitias - dəstəkli ölüm haqqında məlumat)

Yazıya necə başlayacağımı, bu mövzunun mənə nə üçün bu qədər təsir etdiyini bilmirəm. Oxuduğum əsərlərin adətən real həyatımdan daha çox mənəvi dünyama təsir etdiyini düşünmüşəm. Kitabı bitirdikdən sonra həmişə əsərdə adı keçən mahnıları, kinoları, rəssamları, digər əsərləri axtarıb bir növ əsəri analız eləyirəm. Bu dəfə əldə etdiyim məlumat, axtarışlarım isə tamam fərqli oldu... 2012-ci ildə britaniyalı yazıçı Jojo Moyes tərəfindən qələmə alınmış "Me before you" əsərini 2013-cü ilin iyununda Bakumozdan sifariş edərək türkcə "Senden önce ben" adı altında aldım. Kitabın çəhrayı rənglə yazılı üz qabığ mənə tipik sevgi əsəri olduğunu düşündürmüşdü, hələ ki o çəhrayı rənglər "Mucizelere inanmıyorsanız durup bir kez daha düşünün...", "Aşk vardır ona inanmakdan vaz geçme." kimi sözləri rəngləmişdisə mənimçün məsələ aydın idi.. və bu əsəri romantik kitab oxumaq isdədiyim zamana saxlamışdım. Gözlədiyimin tipik sevgi əsərlərindən fərqli bir şeylə qarşı

ELNƏN SÜRÜN...

Image
Bu gün əslində mənə neyçünsə fövqəltəbii, bir az qorxulu, ağır gəlirdi. Hətta 12.12.12 tarixində dünyanın dağılacağını iddia edən Dalay Lamanın dediklərinə zərrəcə inanmamışdım nə qədər ki bu gün məmləkətim üçün bir az qeyritəbii gün olacağını düşünmüşdüm. Amma... və əgər uzun uzadı qurulan cümlənin sonunda "amma" bağlayıcısı olursa deməli heç də hər şey insanın düşündüyü kimi olmur.. Gecədən məlum olan xəbərlərin şərhi ilə səhər durdum. Geyinib keçindim, sürməmi çəkdim çıxdım və.. ..və həmişəki kimi avtobusun birini dolu olduğu üçün buraxmalı oldum ..və həmişəki kimi ikinci avtobusa basabasnan gücnən mindim ..və həmişəki kimi hamı deyinirdi ..və həmişəki kimi ATV-nin qabağında dərdli nənələr, xalalar, babalar, dayılar durub dərdlərini danışmağçun içəri keçməyi gözləyirdilər ..və hər şey həmişəki kimi idi. Heç nə dəyişməmişdi. Gözdədiyim fövqəltəbii hadisə baş verməmişdi. ..hətta prezident"imiz" belə həmkşəki idi . . .  ..və mən unutmuşdum məmlələtimdə ya

ANAMIN MƏTBƏXİ :)

Image
Əvvəl axır bütün xanımlar yaxşı ya pis yemək bişirmək məcburiyyərtində qalırlar. Kimisi ailə həyatı qurur, kimisi tək yaşamaq məcburiyyətində qalır və s. və i. Mənim yemək bişirməyə başlamağımın səbəbi tamam fərqli olsa da artıq bir neçə müddətdir ki, bu işin öhdəsindən gəlməyi bacarıram. Adətən, evdə ana yeməyi necə bişirirsə qızlar da onun kimi bişirir.  Amma təbii ki, istisnaları unutmuruq. Çünki, bacarıqlı ananın tənbəl qızı və ya əksi də ola bilər :) Blogum adətən "kitabmeyilli" olsa da, bu bölməni açmağıma səbəb hər dəfə eyni yeməyi bacımdan soruşmağım unutmağım olur. Onunla whatsapp söhbətlərimin 88%-i yemək reseptləri ilə doludur. Hələ arada "mama belə bişirmirdi, sən düz bişirmirsən!" deməyi də unutmuram :) Düşündüm ki, hər halda burada özüm üçün kiçik bir kulinariya bölməsi yaratsam, həm bacımın başı sakit olar, həm də anamın o ləziz yeməklərindən mənim kimi cavan aşbazlar da istifadə edə bilər. Diqqətinizdə olsun ki, bu bölmə hər dəfə yenilənəcək :)

BİR OKTYABR QƏDƏR...

Image
Bu gün səhər gözümü açdım və telefonumu əlimə aldım. Sosial şəbəkələrdə hamının bir-birinə, özünə yeni ayda arzularını , istəklərini oxumağa başladım.  Vəziyyətim bu trolldan fərqli deyildi. Mən də sakitcə girdim bloguma və elə eyni sakitlikdə də oktyabr haqqında "dərin" düşüncələrimi, hisslərimi yazmağa başladım. Amma təəssüf ki, kiçik bir diqqətsizliyim ucbatından yazdığım o post itdi və indi yazacağım sətirlər də təbi ki, tamam başqa bir səpkidə alındı.. ..keçirəm əsas məsələyə Oktyabra..  o oktyabra ki bir zamanlar aylarımın şahı, indi nifrətimin mərkəzidir.. o oktyabr ki dünyamı əlimdən alıb, məni, düşüncələrimi, bütün yaradılışımı, hisslərimi, daha nələri tanımdığım, bilmədiyim bir dünyaya atıb. O dünyaya ki, onu heç vaxt isdəməzdim.. O dünyaya ki, ora mən isdəmədim.. Məcburi atıldım.. o oktyabr ki, günüdə 31/13 dəfə hər səhər durub bu ayda nəfəs aldığım hər günün ağırlığını hiss edəcəyəm.. o oktyabr ki hər kəsin ömrünü bir nəsnə ilə doldur