Posts

TƏRCÜMƏSİNİ BİLMƏDİYİM "ВЫСАКОСНЫ ГОД..."

Image
Azərbaycan dilində tərcüməsini bilmədiyim təqvim ili - Высакосны год - Fevralın 29-cu günü... O qədər səhvlərimi, günahlarımı, yalanlarımı bu günə atmaq istədim ki... İstədim bu günə atım və bir də 4 ildən sonra qeyd edim il dönümünü.. Təmizlənmək, yenidən olduğun kimi keçimişə qayıtmaq və sənə olunan o müraciət, o sevgiyə layiq olmaq... Bu günün digərlərindən heç bir fərqi yoxdu, qətiyyən, nə günəş Qərbdən çıxır, nə dənizin üstü ilə gəzmək olur, nə də gün 24 saat əvəzinə 23 və ya 25 saatda sona yetir.. Sadəcə təqvim... Bu il çox şeyi atmaq fikrim var bu tarixə... Həps etmək, basdırmaq... Bəlkə də, günahlı fikirlərdən qurtulmanın ən asan yoludur... Kim bilir axı? Heç kim... Mən bilirəm.. Bir də Yaradan... Слёз не удержать На белый снего роняет листья високосный календарь Дальше берега Не станет домом никому из нас высокая стена Береги себя, что же мы делаем Не отрекаются любя Счастье - только миг, ты не поверила Тогда мне нечего терять

SƏN GETDİN... =(

ŞƏRH: Adətən avtobusda mütləq öz "nauşniklərimlə" mahnıya qulaq asıram, çünki ətrafdakıları eşitməmək ən böyük istəyim olur.. Bu gün adətim üzrə playlistdən mahnı seçmək üzrəykən şofer radionun səsini qaldırdı və... Çoxdan dinləmədiyim mahnı tərzi və mahnı. Sadəcə heç vaxt fikir vermədiyim sözləri idi diqqətimi çəkən, nə ifaçı, nə ifaçının ifası. Daha diqqətlə fikir verdim və... və sadəcə həmin anda düşündüyüm sözləri musiqi ilə mənim dilimdən başqası ifa edirdi.. Sənsiz bu dünyanın dadını bilmədim, Sən yoxsan, bircə yol doyunca gülmədim, Hər sözümü... hər dözümü... Sən getdin səninlə itirdim özümü...! Sən getdin uçmağa qırıldı qanadım, Sən getdin puç oldu hər arzu muradım, Sən yoxsan gözümdə yuxu yox röya yox, Sən yoxsan mənimçün bu dünya yox... Sənsiz al səhərimin gündüzü qaraldı, Sən getdin sən gələn yollar qar aldı, Hər dözümü.... hər sözümü ...sən getdin... Səninlə itirdim özümü!! =((

YOLLARI ÖLÇDÜM...

Image
Bir gün xeyli yol ölçdüm.. Xeyli yolu payi piada getdim.. Neçə dalanları keçdim. Elə bilirsiz ki, əzbər bildiyim yolda azmadım!? ..elə gözəl azdım ki. Özdə insan əzbərlədiyi yolda azanda lap birtəhər olurmuş, vallah.. Bir gün avtobusdan baxdığım və heç vaxt ayağım dəyməyən yollarla gəldim.. Düz saat yarıma.. Bir gün yolları ölçdüm özümçün.. Elə belə..yol ölçürdüm, amma ölçüb qutara bilmədim yollar çox imiş.. uzun imiş.. hər döngədə isə bir hadisə var imiş.. döngəni səhv buruldunsa əzbər bildiyin yolu belə aza bilirsənmiş...

CIZMA_QARA...

* Adam o vaxt azad olur ki, uğurunda yaşadığı şeylərin hamısını itirir... E.M.Remark Bəlkə də hər şeyi itirmək lazımdı ki, rahat yaşayasan.. Amma bunun üçün hər şeyi itirməyi gözə ala biləcək  qədər güclü olmalısan. Bilməlisən ki, itirdiklərini və geriyə qaytara bilməyəcəklərini dərk etdiyin andan fikirlərinin duzstağına çevrilməyəcəksən.. Çünki fikirlərin dustağı olsan, onda azadlığdan söhbət belə gedə bilməz... İnsan isə hər şəraitə öyrəşməyi bacaran varlıqdı. Ona görə də nə fərqi var axı.. Yəni o qədərmi riyakarıq.. Əslində isə riyakar olan insan deyil, "unutmaq" məhvumudur bəlkə də. Ya da bu qəbildən olan hisslər.. Unutmaram dediyini unutduğu üçün mundar yalan yaşamış olur insan.. Hərçənd ki, unudan insana yalançı da demək doğru olmaz, o nəsnə insanın özündən asılı olmadan baş verir.. Əgər belə olmasaydı unutmaq istəyənlər çoxdan unutmağı bacarardı [burda yadıma Emrahın "nostalji" mahnısı düşdü :)]. Amma nə çox bacarmayanlar.. və eləcə də nə çox "unutdu

XAHİŞ OLUNUR CİDDİYƏ ALINMASIN...

Image
Bu gün Bakıda -1 dərəcə şaxta var Bir həftə qar, üç gün günəş, 13 günə palçıq var. Bu xəbər yerlərdən... Bəs göylərdən?!... Deyirsən uzun çəkdi bu qış, ağır gəlir artıq fəsillər... Səncə bunun göydə axtardığımız bəzəkli qarlara aidiyyatı var?!... Qoy soyuqdan donmuş bomjları düşünsün bütün Bakı sakinləri... Bizə qalsın düşünmək -1 dərəcədə donmuş Xəzərdəki balıqlar... Axı bunun bizim qayğıkeş əhaliyə nə isti-soyuğu var.. Bakıda isə bu gecə -1 dərəcə şaxta var. Deyirsən ki, yalnız keçdi bu qış, hər kəsin əlində bir əl var. Qoy gəzsin əl-ələ bütün qondarma tanışlar. Səni isitsin Azərpoçtun poçt qutusu... Amma, bilirsən, məni isitmir artıq o mənasız məktublar... ...Düşünürsən ki, bizim insanlar çox qəribə?! Bizim millət?!.. Ya Bizim Xalq?!.. Bəlkə heç siyasətə baş qoşmayaq??!! Axı yalan-doğru dedilər Bakıda -1 dərəcə şaxta olacaq... Vallah olaydıq bir günlük yaz kəpənəyi... Nə edirik axı bu boranlı qışı... Bakı isə bizə inad...............

BU ŞƏHƏR...

Image
Bu şəhərdə yağmur gec-gec gəldiyindən sevilən qonaqdır... Bu şəhərdə sevdalar ayrılığa çevrildiyindən insanlar tənhadır.. Bu şəhərdə kişilər çətirsiz gəzər... "göydən nə yağır yağsın".. Bu şəhərdə yağmura, yuyulası günahı çox olanlar düşər.. Bu şəhərdə gözdən kənar küçələr öz divarlarına, uşaqlarına qısılıb toz ağlayarlar... Bu şəhərdə ilğım olmaz.. Bu şəhədə ehtiyacın olan yoxdursa, lazım olmayanın bərəkətliliyi tutar.. Bu şəhərdə qəzet köşklərində ən bəxtsiz insanlar işləyər... ...hər kəs içməsə də, kim varsa sərxoşdu. ...iç dünyaların qapısı unudulub. ...nə olur olsun səni anlayacaq birinin olmaması sonda səni sevindirər ...qəndi çayından dadlıysa, içməyə dəyərmi, amma içməlisən Bu şəhər əyin-başını bəyənər... Bu şəhər yollarında yüyürməyinə fikir belə verməz... Bu şəhər dağların sıldırımlı baxışlarını unutmamışsa, qapılarına şükür etməli... Bu şəhər alıb aparar səni yeyib-içməyə, doymasan belə masadan tez kənarlaşarsan... Bu şəhər səni incitməyə baş

ONUN SEVGİ MƏKTUBLARI

Image
"Onun sevgi məktubları" Qənirə Paşayevanın epistolyar janrda yazdığı romandır.. Düzdü o qədər də güclü yazı deyil.. Amma əsərdə tanınmış insanların maraqlı sevgi hekayələri, o cümlədən, məşhurların əsərlərindən götürülmüş sitatları, aforizmləri, şeirlər və s. yer alıb. Kitab ilk səhifəsindən son səhifəsinə kimi sevgidən bəhs edir... Sevgi, sevgi, sevgi.. və qarşılıqsız... Özüm isə əsərdən yadda qalan cümlələri deyil, məhşurların dediklərini seçib yazdım.. ***** Ə g ə r ölüm ayağında birc ə k ə lm ə dem ə y ə zamanım olsa, “s ə ni sevir ə m” dey ə rdim v ə birc ə an da düşünm ə zdim ki, axı s ə n onsuzda bunu bilirs ə n. Q.Q.Markes *** İlk m ə h ə bb ə t inqilab kimidi: sakitc ə sürüb ged ə n h ə yat bir anda darmadağın olur. İ.S.Turgenev *** Rüzgar at ə ş üçün n ə ys ə , ayrılıq da m ə h ə bb ə t üçün odur. Kiçik bir eşqi, sevgini

GƏMİ KİMİ YORĞUNAM...

Gecəni söndür, yataq, Gəmi kimi yorğunam. Mətbəxdə damcılayan suyun səsini söndür, Küçədə gec qalmış avtobusu söndür. Damda vəhşi göyərçini yatdığı, Ac pişiyi onun üstünə atıldığı yerdə söndür... Kandardakı ayaqqabıları, Rəfdəki kitabları, kitablardakı qəhrəmanları, Qəhrəmanlıqları söndür. Ayaqlarını, sinəni söndür, Özünü söndür, yataq, Gəmi kimi yorğunam. Aq ş in Yenisey Bu şeiri ilk dəfə oxuyanda özümə gələ bilməmişdim.. Yorğunluğun bu dərəcədə gözəl ifadəsi... Bəlkə də həmin anda çox yorğun olmağımla əlaqədar idi, həm də fiziki yox, zehni, mənəvi yorğunluqdu mənimki... Nələrdənsə bezmək, nələrisə rədd etmək, nələrisə həyata keçirmək, qərarlar vermək, qərarlardan geri çəkilmək.. Birdi, ikidi beyəm.. İnsan nə qədər özünü itirib təzədən tapar.. Bu axtarışlar özü nə qədər yorucu, incidicidi.. İndinin indisində də azca yorulan kimi dilimin altında ancaq bu sözü mızıldanıram .."Gecəni söndür yataq, gəmi kimi yorğunam.." - Hərçənd gecə mənimçün

BU DA 24... =)

Image
İllərin necə ötdüyünü soruşsaz inanın ki, hec cür cavab tapa bilmərəm.. Bu necə sürət, bu necə qaçış!? Saya bilmirəm artıq.. Artıq ikinci 12 illik, və mənim dünyaya gəldiyim ilin ikinci tsikli.Yaş üstünə yaş gəlir amma sən hələ də özünü hansısa müəyyən bir yaşda hiss edirsən... Saçında ilk ağ tel.. Üzüdə, alnında ilk qırış.. Qəlbdəki xoş narahatlıqların üstündən görünməz "hissizlik" pərdəsi çəkib onları hiss etməmək.. Əşşi nə bilim nə böyüklüyündə siyahı.... Bilmirəm nə üçünsə məhz bu yaş mənə artıq "böyümüsən" siqnalını verir.. Bəs içimdəki o balaca qızcığaz? Odamı böyüdü!? Yox məncə, yox... o heç vaxt böyüməyəcəy deyəsən.. O həmişə 19 yaşında qalacağ :) Nə üçün məhz 19 olduğunu da bilmirəm düzü.. Keçdi 23... Gəldi 24.. 2+4=6 deməli mənim 6 yaşım var.. Deməli mən bu il hələ məktəbin birinci sinfinə gedəcəyəm.. Sadəcə bü məktəb həyat məktəbi olacaq.. Və elə ona görə də həyat mənə böyüdüyümə dair xəbərdarlıq verirmiş... :) maraqlıdı... Adətən insan tort ü

"ÖLMÜŞ" KİTABLAR...

Image
Hərdən özümə acığım tutur... İllərimi boş-boşuna xərcləyib, mənasız, kolkozdan, sovxozdan danışan kitbalara sərf eləmişəm, və buna görə özüm-özümü çox qınıyıram. Dünya ədəbiyyatıyla 3 il əvvəl yaxından tanış olmağa başlasam da, bu il, yox :) keçən il, yəni 2011-də onu dərk etdim, dərk etdikcə vuruldum və daha çox oxumağa başladım.. Xarici yazıçılarda olan mətnaltı ifadələr, əsərlərdəki fikir zənginliyi, ağır çəki, məna tamlığı, bəsit sözlərdən qaçan cümlələr bir kitabı oxuyub qutaran kimi digərinə keçməyə vadar edir insanı, özünə çəkir.. Kitabları təkcə alıb kitab rəfinə düzmək, onlara baxdıqca özündənrazılaşmaq, özünü göstərmək, ya da nə bilim, özünü "ağıllı" hiss etdirmək deyil məqsədim... Hər kitabın içində azı 10 cümləni 2 dəfə oxuyub mənasına dalmaq, dərk etməyə çalışıram.. Düşünürəm.. və yazıçının həmin ankı fikirlərini, o əsəri yazarkən nə hiss etdiklərini hiss eləmək istəyirəm.. Yazıçıların əksəriyyətinin məndən neçə-neçə çox illər öncə yaşayarkən indiki dövrə ai