SƏN GETDİN... =(

ŞƏRH: Adətən avtobusda mütləq öz "nauşniklərimlə" mahnıya qulaq asıram, çünki ətrafdakıları eşitməmək ən böyük istəyim olur.. Bu gün adətim üzrə playlistdən mahnı seçmək üzrəykən şofer radionun səsini qaldırdı və... Çoxdan dinləmədiyim mahnı tərzi və mahnı. Sadəcə heç vaxt fikir vermədiyim sözləri idi diqqətimi çəkən, nə ifaçı, nə ifaçının ifası. Daha diqqətlə fikir verdim və... və sadəcə həmin anda düşündüyüm sözləri musiqi ilə mənim dilimdən başqası ifa edirdi..

Sənsiz bu dünyanın dadını bilmədim,
Sən yoxsan, bircə yol doyunca gülmədim,
Hər sözümü... hər dözümü...
Sən getdin səninlə itirdim özümü...!
Sən getdin uçmağa qırıldı qanadım,
Sən getdin puç oldu hər arzu muradım,
Sən yoxsan gözümdə yuxu yox röya yox,
Sən yoxsan mənimçün bu dünya yox...
Sənsiz al səhərimin gündüzü qaraldı,
Sən getdin sən gələn yollar qar aldı,
Hər dözümü.... hər sözümü ...sən getdin...
Səninlə itirdim özümü!! =((


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)