XAHİŞ OLUNUR CİDDİYƏ ALINMASIN...



Bu gün Bakıda -1 dərəcə şaxta var
Bir həftə qar, üç gün günəş, 13 günə palçıq var.
Bu xəbər yerlərdən... Bəs göylərdən?!...
Deyirsən uzun çəkdi bu qış, ağır gəlir artıq fəsillər...
Səncə bunun göydə axtardığımız bəzəkli qarlara aidiyyatı var?!...
Qoy soyuqdan donmuş bomjları düşünsün
bütün Bakı sakinləri...
Bizə qalsın düşünmək -1 dərəcədə donmuş
Xəzərdəki balıqlar...
Axı bunun bizim qayğıkeş əhaliyə nə isti-soyuğu var..
Bakıda isə bu gecə -1 dərəcə şaxta var.
Deyirsən ki, yalnız keçdi bu qış, hər kəsin əlində bir əl var.
Qoy gəzsin əl-ələ bütün qondarma tanışlar.
Səni isitsin Azərpoçtun poçt qutusu...
Amma, bilirsən, məni isitmir artıq o mənasız məktublar...
...Düşünürsən ki, bizim insanlar çox qəribə?!
Bizim millət?!.. Ya Bizim Xalq?!..
Bəlkə heç siyasətə baş qoşmayaq??!!
Axı yalan-doğru dedilər Bakıda -1 dərəcə şaxta olacaq...
Vallah olaydıq bir günlük yaz kəpənəyi...
Nə edirik axı bu boranlı qışı...
Bakı isə bizə inad..............................................
                                        SONSUZ...


P.S. 2ildən sonra :)))
       Xahiş olunur ciddiyə alınmasın ;)

T.Abdullayeva


P.P.S. Bu kiçicik yazı tək keçirtdiyim bu ildə həmişə yanımda olan eyni qanı və eyni familyanı daşıdığımız bacım tərəfindən mənim üçün yazılıb.. Hər cümlənin arxasında, əslində ayrı-ayrı günlərdə, saatlarla davam edən müxtəlif mövzularda söhbətlərimiz gizlənir.. Bunu isə ikimizdən başqa həç kəs bilmir :)
...və bu yazıdan sonra qarı ilıq yağış əritdi, hər ikimizin şaxta kimi soyuq baxan gözlərində.
...və ikimizik yuxarıdakı şəkildə  :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)