CIZMA_QARA...

* Adam o vaxt azad olur ki, uğurunda yaşadığı şeylərin hamısını itirir... E.M.Remark

Bəlkə də hər şeyi itirmək lazımdı ki, rahat yaşayasan.. Amma bunun üçün hər şeyi itirməyi gözə ala biləcək  qədər güclü olmalısan. Bilməlisən ki, itirdiklərini və geriyə qaytara bilməyəcəklərini dərk etdiyin andan fikirlərinin duzstağına çevrilməyəcəksən.. Çünki fikirlərin dustağı olsan, onda azadlığdan söhbət belə gedə bilməz... İnsan isə hər şəraitə öyrəşməyi bacaran varlıqdı. Ona görə də nə fərqi var axı.. Yəni o qədərmi riyakarıq..
Əslində isə riyakar olan insan deyil, "unutmaq" məhvumudur bəlkə də. Ya da bu qəbildən olan hisslər.. Unutmaram dediyini unutduğu üçün mundar yalan yaşamış olur insan.. Hərçənd ki, unudan insana yalançı da demək doğru olmaz, o nəsnə insanın özündən asılı olmadan baş verir.. Əgər belə olmasaydı unutmaq istəyənlər çoxdan unutmağı bacarardı [burda yadıma Emrahın "nostalji" mahnısı düşdü :)]. Amma nə çox bacarmayanlar.. və eləcə də nə çox "unutdum!" kimi cümlələr..
Mənsə qorxuram... Unutmaqdan da qorxuram.. Uğrunda yaşadıqlarımı itirməkdən də qorxuram.. Yaşamağın özündən də qorxuram.. Qorxaqlıq isə acizlikdir.. Amma mən aciz insan deyiləm axi! Ya da ki - "Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan" =)

Bunların hamısı boş bir paranoyadır deyəsən... və bütün bu həngamə
sevdi(y)klərimi itirməkdən qorxuduğum üçündü...

* Yalnız hər şeyi itirəndən sonra – biz azadlıq əldə edirik... Çak Palanik 

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)