YENİ BAŞLANĞICLARA - 2026 -
Növbəti, 16- cı yeni il yazım ilə yenidən buradayam.. Yeni nəsillərin, zedlərin, alfa və betaların çox köhnə və dəbsiz görə biləcəyi blog yazımla özümü özüm kimi hiss etdiyim yerdə. Olsun ildə bəlkə də 5-dən artıq yazı yazmıram. Amma nəfəs alan və tarixləri, illəri yenilənən blog varsa deməli yaşayır.. Deməli yaşayıram... 2025-ci ilim bir göz qırpımında keçdi sanki. Hesabat vermək istəmirəm, amma "ən"lərimi yazmaq keçir ürəyimdən :) ..ən xoşbəxt olduğum gün - yoldaşımla 10 il sonra ABŞ vizamızı almağımız oldu. ..ən çox arzu etdiyim yerə səyahət - yoldaşım və balalarımla Maltaya, Pasitanoya etdiyimiz səfər idi. ..ən çox huzurlu, daxili rahatlıqla dolu olan gün - Nyu-yorkda hündür mərtəbədən yağan leysan yağışa baxa-baxa, "over the rainbow" mahnısına qulaq asıb, südlü isti çayımı içib, içimdəki əvəzsiz və şükran dolu hisslərimi yazdığım anlar idi, unutmuram o hissləri. ..ən çox nostalji və xoş kədər yaşadığım anlar - yenidən ABŞ-da Tacomanın tanış küçələrində gəzmək,...