İKİ NƏFƏRLİK FƏSİL...
Qorxularımla baş etmək üçün özümdən xəyali bir mən yaratdım. O mənə xarakter yüklədim və sonra marionet kimi oynatdım. Ona iş yeri, ev yuva tikdim, həyat yolu çizdim, keçmiş yazdım, gələcək qurdum. Və ad qoydum. Özü, daxili mən olan, amma həyatı mən olmayan marionet... Sonra onu oynatmağa başladım hər gün. Barmaqlarım iplərdə gəzişdikcə, öyrəşdim ona. Onun üçün düşündüyüm yalan həyatı özüm yaşamağa başladım. Onun yediklərini yedim, onun getdiyi yerlərə getdim, onun kimi oldum, ona çevrildim. Danışdığım yalanlara özüm inandıqca, öz həyatımdakı əksikliklər daha qabarıq üzə çıxmağa başladı və qaçış da oradan başladı.. Qarşıda duran məsuliyyətləri hiss etməmək üçün, gizlənmək üçün ruhuna büründüyüm marionet məni xoşbəxt etsə də mənə pis təsir etməyə başladı.. İpləri bir bir qırmaq üçün qayçını əlimə götürdüm Qoy bu yaz iki nəfərlik fəsil ilə yadımda qalsın, daxilini tamamilə göstərə bilən mən olmayan marionetin və daxilini hamıdan gizlədən və mən olan mənim fəslim kimi! Konu kahve değil.. ...