BİR AZCA MƏTBƏXDƏN :)
Xaricdə yaşayarkən bir müddətdən sonra insanın ağız dadı dəlicəsinə nəsə axtarmağa başlayır. Sonra başa düşürsən ki, bu öyrəşdiyin yeməklərin, ədviyyatların, çörəyin dadı və s.-dir. Əlimdən gəldiyincə öz milli mətbəximizin dadlı yeməklərini bişirirəm. Baha da olsa, daima mətbəxdə əlimizin altında olan sarıkök, sumaq kimi ədvaları tapıb yeməklərə əlavə edir və hardasa öyrəşdiyimiz dadı ala bilirəm. Burada olarkən çox şeyləri özüm hazırlamağı öyrənmişəm. Məsələn, çörək bişirməyi, qatıq qoymağı, kəsmik, qatılaşdırılmış süd (sqişonka) düzəltməyi, ev üsülü şaurma eləməyi və s. İnternetdə nələr yoxdur ki indi, möcüzədir. :) Bir ara anamın mətbəxindən bişirdiyim yeməkləri paylaşmağa başlamışdım. Amma sonra nəsə paylaşmadım. Kədərlənirdim çünki.. İndi isə burada yavaş yavaş öyrəndiyim, əvvəl nə üçün alınmadığı, səhvimin nə olduğu, nə etdim ki alındı kimi xırda məsələləri yaza yaza öyrəndiyim mətbəx yeniliklərini öz praktikamla yazmaq istəyirəm. Həm unudanda xatırlayım, həm də ki, yeni