CITY OF DESTINY...

Əminəm ki bu gündən etibarən heç nə əvvəlki kimi olmayacaq.. 

Söhbət həyatımın növbəti addımından gedir. Yaşımın çox olmamasına baxmayaraq, çətin addımlar atdığımı, bəzi zamanlarda büdrədiyimi, yıxıldığımı, və şükürlər olsun yenidən qalxdığımı yaxşı bilirəm. Hələ illər ötdükcə bunu daha yaxşı anlayıram. Arzularımızın arxasınca addımlamaqdan çəkinmirəm. Bu yolda getmək üçünsə bizə ən birinci məqsəd, istək sonra isə xırda faizlərə bölünərək, dəstək, imkan, bəxt və risk lazım idi. Yolumuzun 50%ni keçmişik. Sıra məndədi. Daha doğrusu bizdə :) Həyat bizi bu dəfə talelər şəhərinə aparır, öz qismətimizi yazmağa, tapmağa və ya dəyişməyə.. 

İçimdə titrək bir qorxu var. "Birdən?" sualı hansı birimizi atacağımız addımlardan çəkindirmir ki? Amma yox, məni heç nə çəkindirmir, inanın. Çünki yarım ordadır. Addım atdığım bu şəhərə, bu küçələrə yenidən qayıdanda fərqlilik duyğusu mənə şirin yuxu kimi gəlir. O yuxu ki, ona gəlib çatdığım anda dejavu yaşayacağam. Zaman məni qorxuzmur. Axı gələcəyəm mən də, həm də tək yox, biz gələcəyik, əzizim mənim :) 

İndi isə sadəcə olaraq, isti yayın, qızmar günəşin istisində qızınacaq, dəniz duyğusunu ilk dəfə yaşayacaq, ona ən gözəl sözlərimi deyəcək, gələcəyimizi xəyal edəcək, ağrısına dözəcək, nazını çəkəcək və daha nələr nələr edəcəyəm. Bu qəribə şəhərdə qəribə olan tək olub amma tək olmamaq duyğusunu sevə sevə yaşayacağam. Müvəqqəti olaraq :) 


photo: diana

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)