Posts

KİTABSIZ AYLAR...

Salam Qədirzadə Asifin Sevdasız qaldığı aylardan bəhs etdiyi kimi, mən də kitabsız keçirdiyim aylardan danışmağa başlayımmı, başlamayımmı heç bilmirəm.. demək olar ki artıq bir aya yaxındır ki, ölkədən kənardayam və bunun nə qədər davam edəcəyi haqqında heç bir fikrim yoxdur. Türküdə deyildiyi kimi uzun ince bir yoldayız.. Bir gün mütləq Amerikaya səfərim barədə ətraflı yazı yazacağam, çətinliklər, keçirdiyim həyəcan, prosedurlar və s. hamısı ayrıca bir mövzudur və inanıram ki,gələcəkdə kimlərəsə mütləq lazım olacaq. Çünki,mən özüm də gəlməmişdən əvvəl onlarla blog və məqalələr oxuyub, insanlarla əlaqə saxlamışdım. Amma bu gün, sevdiyim və təəssüf ki uzaq düşdüyüm kitabları yada salmaq istəyirəm. Bakıda olduğum müddət ərzində Yasunari Kavabatanın "Min durna" əsərini oxuyurdum. Yarımçıq qoymamaq üçün onu əl çantama atdım. Və yolum Bakumoz tərəfdən düşəndə qalxıb bir iki kitab almaq istədim yol üçün. Gözümə ilk dəyən Nik Vuyçiçin "Hüdudsuz" kitabı oldu. Nazik ol

CITY OF DESTINY...

Image
Əminəm ki bu gündən etibarən heç nə əvvəlki kimi olmayacaq..  Söhbət həyatımın növbəti addımından gedir. Yaşımın çox olmamasına baxmayaraq, çətin addımlar atdığımı, bəzi zamanlarda büdrədiyimi, yıxıldığımı, və şükürlər olsun yenidən qalxdığımı yaxşı bilirəm. Hələ illər ötdükcə bunu daha yaxşı anlayıram. Arzularımızın arxasınca addımlamaqdan çəkinmirəm. Bu yolda getmək üçünsə bizə ən birinci məqsəd, istək sonra isə xırda faizlərə bölünərək, dəstək, imkan, bəxt və risk lazım idi. Yolumuzun 50%ni keçmişik. Sıra məndədi. Daha doğrusu bizdə :) Həyat bizi bu dəfə talelər şəhərinə aparır, öz qismətimizi yazmağa, tapmağa və ya dəyişməyə..  İçimdə titrək bir qorxu var. "Birdən?" sualı hansı birimizi atacağımız addımlardan çəkindirmir ki? Amma yox, məni heç nə çəkindirmir, inanın. Çünki yarım ordadır. Addım atdığım bu şəhərə, bu küçələrə yenidən qayıdanda fərqlilik duyğusu mənə şirin yuxu kimi gəlir. O yuxu ki, ona gəlib çatdığım anda dejavu yaşayacağam. Zaman məni qorxuzmu

18 İLLİK İBADƏTİM...

Hər zaman həyatım haqqında düşünəndə ömrümü iki hissəyə bölürəm. 2012-ci ildən əvvəl və sonra. Başıma gələn bütün hadisələr də bu il ilə əməlli başlı səmt dəyişib. Yəni sözün qısası, 2012-ci ildən sonra həyatımı yenidən yazmağa məcbur olmuşam, itkilərimi köksümə basıb yaşamağı, həyatdan aldığım şillənin yerini göstərməmək üçün üzümü əks tərəfə çevirib gəzməyi öyrənmişəm. Üstündən 4 il keçsə də mənim üçün yara eyni yaradır. Qaysaq bağlamayan, qanayan yara.. Ona görə də düşüncəmdən silinməyən xatirələr yazılarımdan yan keçmir. Həyatımın hər yöndə dəyişilməsi dini inanclarıma, ibadətlərimə, Allaha olan bağlılığıma da təsirsiz ötüşmədi. Uzun illər namaz qılan, hicaba keçməyi düşünən, həcc ziyarəti üçün pul yığmağı planlaşdıran, dinin demək olar ki 80% qadağalarını canla başla yerinə yetirən, Allahdan qorxan bəndə idim. Allahla aramda olan sədd keçilməz və qorxulu idi. Mənim üçün olduqca ağrılı olan günlərdə Allahın möcüzəsini bircə dəfə də mənim və ailəmin görəcəyinə inanaraq hər gün

AXI İNANMAYACAQDIM...

Image
İnsanlara inamımı 2012-ci ilin isti yay aylarında tamam itirdiyimi düşünürdüm. Topçubaşov adına Eksperimental xəstəxananın yaşıllıqlarla dolu həyətində ilana bənzər dəyişik rəngli gözləri olan kişinin timsal göz yaşları ilə əlindəki dərman reseptini bizə uzadaraq "balam xəstədi bu, bu, bu dərmanları almışam,  amma, bunlara pulum çatmır nə olar kömək etdin" deməsi ilə bacımın böyük məbləğdə pulu ona verməsi və Allahdan övladına dönə dönə şəfa diləməsi bir olmuşdu. Hansı ki, o məbləğ həmin dərmanların hamısını almağa yetəcək qədər idi. İndi mən qınanıla bilərəm ki, bir əlin verdiyini digəri bilməməlidir. Bu nədir bura yazmışam!? Amma məsələ heç də düşünüldüyü kimi deyil... 2-3 gün sonra eyni göz yaşları, eyni sözlər eyni dərman resepti və eyni alınacaq dərman adları ilə kişi şəxsən mənə yaxınlaşdı. Heç nə demədim, eləcə üzümü çevirib getdim. Halbuki, içimdə insanları onların ən incidən hissləri ilə oynayan bu alçağa çığıracaq milyonlarca sözüm var idi. Uzun müddət özümə gələ

MÜHARİBƏ İLLƏRİ, ƏSİRLİK HƏYATI..

Image
Müharibədən, əsirlikdən, onların iyrənc və murdar nəticələrindən çox kitablar oxumuşuq, çox filmlər izləmişik. Yaşım artıdqca düşünürəm ki, yazıçıların və ya rejissorların bizə çatdırmaq istədikləri hadisələrin hamısnın bircə-bircə real həyatdan toplandığını başa düşürük, amma bəlkə də dərk etmirik.. Müharibənin var oluşuna razılığa necə olur ki müasir dövrdə də göz yumulur axı?! necə olur ki bu canavarı hələ də sərbəst buraxırlar.. lənət olsun! ..bizim tariximizdə isə bir də Xocalı vəhşilikləri var... Hər il milyonlarla pul töküb, mənasız mərasimlər, heç nəyə bir xeyri olmayan kampaniyalar keçirilir. Abidələr qoyulur, nə bilim 26 fevrala 3 gün qala abidələrin ətrafı yuyulur, güllər əkilir. Hər dəfə "..filan ölkə Xocalı soyqrımını tanıdı!" kimi nidalı cümlələrlə jurnalistlərin üzündə təbəssüm və gözlərində parıltı ilə verdiyi xəbər sanki "Qarabağı aldıq ura!" nidasının əvəzidir. Amma yox.. Nə olsun tanıdı axı?! Bunu siyahıda göstərilən ölkələrin müəyyən rəsmilə

MARSEL PRUSTUN SUALLARI...

Adi bir məqalənin və ya cümlənin içində keçən, mənə tanış olmayan fərqi yoxdur klassik dövrün və ya müasir dünya ədəbiyyatının yazıçılarından hər dəfə yenisini tanımaq, haqqındakı məlumatları araşdırmaq maraqlı bir işdir. Ən azından dünya görüşün artır, oxumalı olduğun və ya oxunulması vacib olmayan kitablar siyahına əlavələr olunur. Bu gün isə Marsel Prustu tanıdım. Haqqında heç də standart olmayan informasiyalar əldə etdim və özünün ən məhşur əsərlərindən olan 4800 səhifəlik "İtirilmiş zamanın axtarışında" əsərini heç zaman oxumayacağıma özlüyümdə qərar verdim :)  İndi yazacağım sualları hardan tapdığıma gəldikdə isə, mənim bir gözləri iri, üzü sevincli müəllimə dostum var, onda gördüm. Müəllimənin özünün 14 yaşında qarşısına çıxan bu sualları, Marsel Prust 13 yaşında olarkən bir dostunun doğum günündə ona hədiyyə kimi veribmiş. Suallarla tanış olduqda isə elə bizim 12-16 yaş arasında həvəslə yazdığımız "xatirələr dəftərini" xatırladım düzü. Sualları bura

DISAPPOINTMENT...

Image
Bəzən illərə, aylara tökərik öz əsəbimizi, yolunda getməyən bütün işlərimizi, uğursuzluğumuzu, itkilərimizi. Bir sözlə həyat yolumuzun neqativlərini.. O zaman mənə demişdi ki bir dost, aylardan çıxma hayfını bunu zamanla anlayacaqsan. Deyilənlər doğru çıxır.. Əgər 5il əvvəl bu günlərdə həm iş, həm ailə, həm şəxsi həyatında uğur cızığını çəkirsənsə, il olur ki həmin tarixdə üzü aşağı istiqamət sonra yenidən yuxarı yenidən aşağı.. Cəbr fənnindən keçdiyimiz funksiyalar kimi. Bir cızığ mənfiyə, bir cızığ müsbətə.. İnsan ruhu incədirsə onu adi sözlə də incidə bilərlər. İnsanın qəlbi kövrəkdirsə bir baxışla belə ağlada bilərlər. Nə olar, etməyin belə... Hər il birmənalı şəkildə nələrsə öyrənirəm. Bir-birindən fərqli duyğulardan baş çıxarıram. Necə davranmaq lazım gəldiyini ayırd edirəm. Bəzən hisslərimə güvənirəm, bəzən məntiqimə. Yeni il çox gözlətmədi ilk imtahanını.. Deyəsən dünən bir imtahan daha verdim. Həyat imtahanı. Keçb keçmədiyim müəyyən müddətdən sonra bilinəcək. Ağır baza