MƏMMƏD ƏFƏNDİYEV KÜÇƏSİ...
İstiqlaliyyət küçəsindən Axundov bağına döndüyüm Məmməd Əfəndiyev küçəsi. Tək tərəfli maşın yoludur, səhərlər sadə görünür. Adi bildiyimiz keçid küçələrindən biri. Amma gecələr Bakının iri sarı işıqları simiclik eləmir, o küçəni də bəzəyir. Və hər şey oktyabrın sonuncu şənbəsi saatların əqrəblərini bir saat irəli çəkməklə başlayır. Əvvəllər günəşli olan 6 radələri, qaranlıqda sarı işıqlara boyanır. İstiqlaliyyət küçəsindən Axundov bağına döndüyüm Məmməd Əfəndiyev küçəsi.. Bu gün də hər gün keçdiyim kimi həmin küçədən keçəndə birdən dayandım. Yola baxdım. Sakit idi. Və işıqlar səhər heç söndürülməyəcəkmiş kimi gur-gur yanırdı. Yol ortasında durub laaap sondakı işığa baxdım. Bəlkə də bir iki yoldan keçən də mənə baxırdı yolun ortasında qəfil dayandığım üçün, bilmirəm.. Fikrim bir neçə müddət əvvələ qaçmışdı yenə çünki. Anamdan sonra hər dəfə o sonuncu işıq mən altından keçəndə sönürdü. Bilmirəm.. Bəlkə də adi bir təsadüf idi. Ya mənim əlamətlərə inamım. Amma hər dəfə niyə başqaları