KİTAB RƏFİMDƏN...
Kitabları sevirəm.. Kitab oxuyarkən bu dünya ilə bağlantım kəsilir elə bil ki.. Ona görə də kitabların dünyasında itməkdən zövq alıram.. Bəlkə də bəzi əsərlərin dərinliyinə varmıram, bəlkə də düşünməli olduğum məqamların üstündən atdıyıb keçirəm, amma sevirəm.. Ən çoxda karandaşla işarələdiyim cümlələri bəzən iki-üç dəfə oxuyub sonra davam edirəm əsərə. Bir də əsəri bitirdikdən sonra işarələdiyim cümlələri təzədən oxumaq kimi adətim var. Hərdən hətta "nə üçün görəsən bu cümləni işarələmişəm ki?" sualını verdiyim də olur öz-özümə. Oxuyan anda nə fikiləşirsənsə, nə hiss edirsənsə həmin anki reaksiyandı o işarələr.. Bir də bəzən mahnıdan sözlər, ya da həmin anda beynimdə dolaşan fikirdən bir söz yazıram kitabın qırağına.. Və kitab olur ikinci əl, kitab yaşayır, kitab oxulduqca, açıldıqca yaşayır.. Bir dəfə maraqlı bir ifadə oxumuşdum - "Heç bir kitab bakirə qalmasın!" Xülasə, sözün qısası onu demək istiyirəm ki bu yaxınlarda ilk dəfə ikinci əl kitab aldım :) S