İlk dəfə necə, nə zaman güldüyümü nəinki mən, heç kəs xatırlamır.. Amma ilk ağladığım günün dəqiq tarixini belə bilirəm, təkcə mən yox elə hamı. Həyatın "qanunu" deyək. Hərçənd ki, bu qanunu pozan və doğularkən ağlamayan körpələr də var. Düşünürəm ki, onları həyatı görəsən fərqli olur? nə isə, mövzu başqa mözvudu.. Nə üçünsə insalar özləri böyüdükcə ağlamağı unudur, yadırğayır ..və \"ağlaya bilimrəm\" ifadəsi. Yəqin ki çox adama yad deyil. Ya da tam əksi.. Həyatın hər kəsə verdiyi pay deyək buna.. Bəzənsə güluşlər oğurlanır... Bircə təbəssümə həsrət.. Süni olmayan, ilıq təbəssümə.. həyat oğurlayır üzündən gülüşünü, ya da gözlərindən. Elə ən pisi də gözlərdən oğurlanan gülüş deyilmi!? Üzdə yalançı gülüşə nə var ki.. Gələcəyə qaçmıram heç.. Artıq orda nə baş verəcək, nə olacaq mənə maraqlı gəlmir.. Ən pis halda qorxuram. . . bəlkə də keçənlərdə ona görə "keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" deyilib.. Keçmişdən borc aldığım gülüşü ...